Rusiya Qara dəniz donanmasının komandanı istefaya göndərildi

Dünya
16, fev, 2024 17:07

Rusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib.
Aftv.az xəbər verir ki, yerli KİV-lər onun istefaya göndərilməsinə Ukrayna ordusunun Qara dənizdə “Sezar Kunikov” desant gəmisinə uğurlu hücum etməsinin səbəb olduğunu yazıb. Məlumata görə, Viktor Sokolovu vitse-admiral Sergey Pinçuk əvəzləyib.
Rusiya tərəfi məsələ barədə rəsmi açıqlama verməyib.

Son xəbərlər