Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Dünya
28, may, 2024 17:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
R.T.Ərdoğan bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm", - paylaşımda qeyd olunur.
Aftv.az

Son xəbərlər