Aİ-nin vahid hava hücumundan müdafiə sistemi yaradıla bilər

Dünya
24, may, 2024 11:36

Polşa və Yunanıstanın baş nazirləri Donald Tusk və Kiriakos Mitsotakis Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktub göndəriblər.
Onlar Avropa İttifaqı (Aİ) üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına başlamağı təklif ediblər.
Bildirilir ki, sistem Aİ-nin ümumi hava məkanını raketlərdən, təyyarələrdən və pilotsuz uçuş aparatlarından müdafiə etməlidir.
Qeyd edək ki, Polşa Ukraynada gedən hərbi əməliyyatlara, Yunanıstan isə NATO üzvü Türkiyə ilə mümkün münaqişədən narahatdır. Afina NATO deyil, Aİ daxilində hava hücumundan müdafiə sisteminin yaradılmasında maraqlıdır, çünki bu halda Türkiyə vahid məkana daxil olmayacaq.
Mənbə: TASS
Aftv.az

Son xəbərlər