Papua Yeni-Qvineyada güclü zəlzələ olub

Dünya
15, apr, 2024 15:26

Papua Yeni-Qvineyada 6,5 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar ölkənin Yeni Britaniya adasında baş verib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 06:56-da (Bakı vaxtı ilə 00:56-da) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Mənbə: TASS
Aftv.az 

Son xəbərlər