KİV: “Fələstinlilər İsrail ordusunun buldozerini partladıblar”

Dünya
8, apr, 2024 15:07

Fələstinlilər İordan çayının qərb sahilində Nablus yaxınlığında İsrail ordusunun buldozerini partladıblar.
Məlumata görə, sosial şəbəkələrdə Nablus yaxınlığındakı Balata qaçqın düşərgəsi üzərində tüstü sütununun qalxdığını əks etdirən videolar yayılıb. Qeyri-rəsmi xəbərə görə, tüstü İsrail hərbi buldozerinin partlaması nəticəsində yaranıb.
Mənbə: TASS
Aftv.az

Son xəbərlər