İsrail ordusunun itkiləri açıqlanıb

Dünya
13, fev, 2024 17:52

İsrail ordusunun Qəzza zolağında daha üç əsgəri həlak olub.
Son məlumatlara görə, quru əməliyyatı başlayandan ölən əsgər və zabitlərin sayı 232-yə yüksəlib. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri ordunun ümumi itkiləri 569 nəfərə çatıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin  pisləşib.
Mənbə: TASS

Aftv.az

Son xəbərlər