Buxarestdən Kişineuya uçan təyyarəni ildırım vurdu

Dünya
26, mar, 2024 11:40

Buxarestdən Kişineuya uçan “Tarom” aviaşirkətinə məxsus təyyarə ildırım vurması səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.
Məlumata görə, təyyarə Buxarestin Anri Koande hava limanından havaya qalxıb və bir saat sonra uçuş-enmə zolağına qayıdıb.
Ekipaj sərnişinlərə bunun texniki nasazlıqlara görə məcburi geri qayıtma olduğunu bildirib. Eyni zamanda pilotlar hava limanının dispetçerlərinə təyyarəni ildırım vurduğunu deyiblər.
Təcili eniş insidentsiz baş tutub və sərnişinlər yarım saat sonra havaya qalxan başqa təyyarə ilə daşınıb.
Qeyd edək ki, Buxarestdən Kişineuya uçuş 1 saat 10 dəqiqə davam edir.
Mənbə: newsmaker.md
Aftv.az

Son xəbərlər