Türkiyədə silahlı hücuma hazırlaşan PKK terrorçuları zərərsizləşdirildilər - VİDEO

Dünya
12, fev, 2024 18:44

Türkiyə Silahlı Qüvvələri Fırat Kalkanı bölgəsinə hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir.
Türkiyə Silahlı Qüvvələrimiz Fırat Kalkanı bölgəsində hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Aftv.az

Son xəbərlər