Xocalıda kütləvi məzarlıqda aşkarlanan qalıqlar ailələrinə təhvil verilərək dəfn olunacaq

Cəmiyyət
18, mar, 2024 12:04

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş və kimliyi müəyyən edilən insanların qalıqları dinə uyğun şəkildə dəfn olunacaq”.
Aftv.az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı Zaur İsmayılov Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə bildirib. 
Onun sözlərinə görə, Xocalıda aşkarlanmış şəxslərin dəfni məsələləri ilə bağlı ailə üzvləri ilə məsləhətləşmələr aparılacaq: “Onların dəfnləri yerli icra orqanlarının təşkilatçılığı ilə baş tutacaq”.

Son xəbərlər