Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu.
Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş.
Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.
Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq.
Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və yaxın vaxtlarda Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…
Aftv.az
Yasamalın Elşad Həsənov problemi: Nə deputat, nə icra başçısı kimi də özünü doğrultmayan kadr
Cəmiyyət / Video
7, mar, 2024
17:41
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30