Martın 5-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordularımız arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.
General-leytenant A.Gulrez səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Aftv.az
Azərbaycan və Pakistan generalları görüşdülər - FOTO
Cəmiyyət
5, mar, 2024
14:33
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30