"ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə “Güllübulaq”) keçmiş ortaqları ilə aralarında olan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
“Unikal”ın əldə etdiyi məlumata görə, hakim Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh qismində Adıgözəlov Fizuli Qəşəm oğlu, Adıgözəlova Safurə Əli qızı və Bakı 16 saylı Mediasiya təşkilatı tanınıb.
Xatırladaq ki, «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə “Güllübulaq”) 2006-cı ildən təsis edilib. Təsis olunan zaman Cəmiyyətin təsisçilərindən biri də Fizuli Adıgözəlov olub. Sonra məhkəmənin qərarına əsasən Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verilib. 2006-cı ildən 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Cəmiyyətin idarə edilməsi təsisçilərin qərarına əsasən Fizuli Adıgözəlova və onun qardaşı oğlu Famil Adıgözəlova həvalə edilib.
Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verildiyi tarixədək olan dövrdə Cəmiyyətdə pay bölgüsü 50% türk vətəndaşı Nurəddin Cengizə, 25% Azərbaycan vətəndaşı Dilbər Eyyubovaya, 25% isə Fizuli Adgözəlova məxsus olub.
«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müvafiq qərarına əsasən, 2011-2015-ci illəri əhatə edən dövr üzrə vergi və digər icbari ödənişlərin vəziyyəti də yoxlanılıb. Yoxlamanın nəticələrini əks etdirən 18.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və akt əsasında qəbul edilmiş 19.03.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən Fizuli Adıgözəlovun faktiki rəhbərliyi dövründə 8 395 677,75 (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat 75 qəpik) vergidən yayınma, həmin vergidən yayınma ilə bərabər 2713745,80 (iki milyon yeddi yüz on üç min yeddi yüz qırx beş manat 80 qəpik) manat maliyyə sanksiyası tətbiqi öz təsdiqini tapıb.
Yuxarıda qeyd edilənlərdən də görünür ki, Adıgözəlov Fizuli Qəşəm oğlu «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə (vergidən yayınma da daxil olmaqla) 18.442.940,60 (On səkkiz milyon dörd yüz qırx iki min doqquz yüz qırx manat 60 qəpik) manat zərər vurub.
Xatırladaq ki, sadalanan məlumatları mətbuata «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Əziz Qənbərov verib.
Onuda qeyd edək ki, Dilbər Eyyubova 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi olan Şahin Eyyubovun ailə üzvüdir.
Azər İsrafilov
Aftv.az
Şahin Eyyubov keçmiş şərikini məhkəməyə verdi
Cəmiyyət
4, mar, 2024
16:50
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02