Hesablama Palatası yanvarın 13-də 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirməsi barədə məlumat yaydı. Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.
Məlumatda araşdırmanın nəticəsində aşkar olununan bir sıra nöqsanlar açıqlanıb. Həmçinin təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub-məlumatda bildirilir.
Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatdan iki ay əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tərəfindən keçirilmiş açıq tender prosedurları ətrafında araşdırma aparmış və bəzi şübhəli məqamlara aydınlıq gətirilməsi üçün qurumun Satınalma Komissiyasına sorğu ünvanlamışdı. Təssüflər olsun ki, sorğu cavabsız qaldı. Bəs Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi şübhəli məqamlar nədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı yataqxana və idman binasının əsaslı təmir işlərinin satınalınması üzrə keçirdiyi açıq tenderdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 4.224.357,88 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 01.03.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Qeyd edək ki, “KONEKS CONSTRUCTİON” MMC-nin adı elektron mediada yayılan məlumatlarda bir çox şübhəli satınalmalarda hallanır. MMC-nin daha çox rayon İcra Hakimiyyətlərinin sifarişlərini sövdələşmə yolu ilə icra etdiyi iddia olunur. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, ixtisas göstəricilərində, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində bir sıra şübhəli məqamların olduğu bildirilir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KONEKS CONSTRUCTİON” MMC (VÖEN 3103278031 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, m. 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, əvvəllər daha çox yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında “KONEKS CONSTRUCTİON” MMC-nin müvafiq orqanlar tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə icazə və lisenziya ilə təmin olunması haqqında heç bir məlumat yoxdu.
Rəsmi dövlət qurumlarının bazasında MMC barədə bundan artıq məlumat yoxdur. Belə olan halda suallar yaranar. Universitetin Zaqatala filialı müvafiq sahədə icazə və lisenziyasının olmadığı halda “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətininn ilə necə satınalma müqaviləsi bağlaya bilib. Filialın Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna nə üçün əməl etməyib?
Göründüyü kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialınin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir.
Hesablama Palatasının Dövlət İqtisad Universitetində satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin yüksək olduğunu da aşkar etmişdi. Universitetin Zaqatala filialı da 2023-cü ildə bir mənbədən satınalmalar yolu müqavilələr bağlayıb ki, o da şübhələr doğurur.
Universitetin Zaqatala filialı İKT avadanlıqlarının satınalınması üzrə “ISOFT” MMC ilə 25.12.2023-cü ildə 49.516,3 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bundan bir ay əvvəl isə Universitetin Zaqatala filialı və “ISOFT” MMC arasında bir mənbədən satınalma yolu ilə müqavilə bağlanıb. UNEC Zaqatala filialında turniket və termal kameraların quraşdırılması üzrə 49.490,97 manat dəyərində.
Maraqlıdır, Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama apararkən Zaqatala filialında yol verilən bu kimi şübhəli məqamları da araşdırıbmı? Məsələn Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edildiyini açıqlayıb. Amma Universitetin Zaqatala filialının yataqxana və idman binasının əsaslı təmir işlərinə ayrılan vəsaitlərin nə qədər şişirdildiyini araşdırmayıb.
Zaqataladakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə ötən ilin may-iyul aylarında Universitetin Zaqatala filialında təmir işləri aparılıb. Yataqxana və idman binasının fasad divarlarının təmir olduğunu bildirən məlumatlı mənbənin sözlərinə görə filialda əsaslı təmirdən daha çox kosmetik işlər aparılıb. Bu təmir işlərinə isə 4 milyon manatdan çox vəsaitin xərclənməsi real görünmür.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru dosent Raqif Qasımovdur. O, bu vəzifəyə İqtisad Universitetinin rektoru Ədalət Muradov əmri ilə 27 iyul 2023-cü ildə gətirilib. Əvvəlcə direktor vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bir neçə aydan sonra isə direktor vəzifəsinə təyin edilib.
/Aktualinfo.org
Aftv.Az
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı ortaya nələr çıxardı
Cəmiyyət
22, yan, 2025
15:48
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30