Qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. İctimaiyyətin bu seçkilərə də inamı qalmadığı göz qabağındadır. Çünki bir çox rayonlarda artıq bələdiyyə sədrlərinin təyin olunduqları danılmaz fakt kimi ortadadır. Onlardan biri də, seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabər olan paytaxt Bakının Səbail rayonudur. Dəhşət ondadır ki, bu yazıda adları keçən namizəd şəxsləri heç kəs tanımır və onların bu rayonun taleyüklü məsələlərində, sosial həyatında heç bir nə effektiv rolları olmayıb.
Ümumiyyətlə, Səbail rayonunda fəaliyyət göstərən yerli idarəetmə orqanlarından mediada ən çox tənqid olunan bələdiyyələrdir. Səbail və Badamdarın bələdiyyə sədrləri barəsində təkzibolunmaz sübutların tirajlanmasını da hamı bilir. Təəssüf ki, onların barələrində hələki adekvat tədbirlər görülməyib.
AzToday.az-ın media üzərindən apardığı araşdırmalardan məlum olur ki, Səbail Bələdiyyəsindəki özbaşınalıqlar inanılmaz dərəcədə çoxdur. Belə ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi doğma-yaxınları və tanışları da, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Bir sözlə, burada şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Konkret desək, Hacı Əliyev bələdiyyə sədri olandan, ətrafında bir "ailə ansamblı" yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla, "rəsmi qaydada olaraq", indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib?!
Hacı Əliyevin özü bu rayonda yaşamasa da, onun bələdiyyə sədri necə seçilməsi hamını indiyədək düşündürür.
Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun adı isə, mediada keçmiş peşəsinə sadiq qalaraq, maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində hallanır. Məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olur. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəcəyi təqdirdə bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edir. Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavinin sədrlə birgə bələdiyyə büdcəsini tam nəzarətdə saxladığı bildirilir.
Bu arada AzToday.az-a daxil olan məlumatlara görə, həm Hacı Əliyev, həm də Təzəxan Məmmədov yenidən bələdiyyəni ələ keçirmək üçün hərəkətə keçiblər. Bildirilir ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bu vəzifədə istədiyi kimi hərəkət etməkdən çəkinmir. Paytaxt Bakının olduqca böyük bələdiyyələrindən biri olan Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədovla bərabər sanki buranı özəlləşdiriblər. Ciddi olan namizədlik məsələsini dəyiş-düyüş oyununa çevirməkdən çəkinməyiblər. Qohumbazlığı, tayfabazlığı... bu seçkilərdə də, əsas prinsip olaraq qarşılarına məqsəd qoyublar.
Bəli, namizədlərin irəli sürülməsində oyunbazlıqları göz qabağındadır. Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə, Səbail Bələdiyyəsinin özündən irəli sürüblər.
Belə ki, sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə, Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.
Dəhşət ondadır ki, namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələrinin surətləri deyilənlərin təsdiqidir.
Səbail rayonunun bələdiyyələrində baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aftv.Az
Məzahir Pənahovun nəzərinə - Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... -- FOTOLAR/İDDİA
Cəmiyyət
22, yan, 2025
14:30
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30