Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir. Reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...
Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonlarımızın da bu tendensiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız “keyfiyyətləri” özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.
Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.
Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?
Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...
Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və “reklam simaları” daha da həvəslənir və irəli gedir. Beləliklə, yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.
Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə TikTok-dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə feysbukda səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.
Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər, sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətləri yoxdur. 
Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən TikTok-un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.
Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?
Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.
(Qafqazinfo) Nizam Rza
![]()
Aftv.Az
Azərbaycan qadınını kim bu günə salıb?
Cəmiyyət
16, yan, 2025
14:21
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30