Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət
24, dek, 2024 13:31

Azərbaycan ərazisində dekabrın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Aftv.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30