71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olundu

Cəmiyyət
20, dek, 2024 14:21

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub:
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".
Xatırladaq ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində sobanın tıxanması səbəbindən tüstülənmə nəticəsində 71 nəfər zəhərlənib.

Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30