Ermənistan xarici dövlətlərin Atom Elektrik Stansiyası, silahların poliqonu, biolaboratoriyalar meydançasına çevrilib. Bununla yanaşı, erməni dövləti narkotik vasitələrin yayılmasında da irəli gedən dövlətlərdən birinə çevrilib. Hətta Milli Təhlükəsizlik Xidməti Ermənistanın ümumilikdə böyük narkotik biznesi ilə məşğul olduğunu etiraf edib.
Ötən il dəyəri 250 milyon avro olan 1 ton kokainin müsadirə olunması işin miqyasının nə dərəcədə böyük olmasından və belə məsələlərə birbaşa dövlətin himayə etməsindən xəbər verir. Bununla yanaşı, Avropaya narkotik daşınmasında Ermənistan qlobal şəbəkələrin tranzitinə də çevrilib. Hətta müxalifət deputatı Andranik Tevanayan ötənlərdə bildirmişdi ki, dövriyyəsi milyardlarla dollara çatan nəhəng narkotik ticarəti hakimiyyətin himayəsi olmadan mümkün deyil. Bu gün Ermənistanda bir sıra rəsmilər etiraf edirlər ki, narkotik maddələrin ticarəti dövlətin gəlir mənbələri sırasında qeyri-rəsmi olaraq ilk yerdə qərarlaşıb.
Maraqlıdır ki, bu gün Ermənistan hökuməti sözün əsl mənasında iki məsələ ilə bağlı aciz qalıb. Bunlardan biri narkotik maddələrin artıq məktəbə çatması, digəri isə onlayn mərc oyunları ilə bağlıdır. Rəsmi rəqəmlər göstərir ki, Paşinyan hakimiyyəti dövründə onlayn mərclərin həcmi 1800 dəfə artıb. İşsizlik, sosial problemlər məngənəsində boğulan ermənilər çarəni ya narkotik maddələrin alverində, ya da onlayn mərclərdə müəyyən məbləğ əldə etməkdə görürlər. Bu isə böyük faciələrə, problemlərə səbəb olur. Qumar oyunlarının və psixoaktiv maddələrin yayılmasının statistikası artıq təhlükəli həddə çatıb. Bu işə azyaşlıların və hərbçilərin də cəlb edilməsinə başlanılıb.
Rəqəmlərə müraciət etsək, hazırda 7612 nəfər könüllü olaraq narkotik istifadəçisi kimi qeydiyyatdan keçərək müalicə alır. Amma reallıq odur ki, ölkədə narkotik istifadəçilərinin sayı 250 mindən çoxdur. Bu rəqəmin də böyük əksəriyyətini gənclər təşkil edir. Rəsmi statistika göstərir ki, 2018-ci ildən sonra 18-25 yaşlılar arasında narkotik maddədən istifadə 108 faiz artıb. Bu dövrdə isə narkotiklə əlaqəli cinayətlərin sayı da 47 faiz artım göstərir. Təkrar edək ki, bu, sadəcə rəsmi rəqəmlərdir. Reallıq isə daha faciəvidir.
Onlayn qumarla bağlı da mənzərə faciəvi boyutlara çatıb. Hökumət kazinoları paytaxtdan çıxarmaq barədə qərar versə də, sonradan onun proqramlar vasitəsilə günün 24 saatı hər kəsin evinə girməyinə icazə verdi. Rəqəmlərə müraciət etsək, görərik ki, təkcə 2023-cü ildə Ermənistanda onlayn uduşlu oyunlara mərclərin ümumi məbləği 6.3 trilyon dramdan çox olub ki, bu da 43 milyon dollar deməkdir. 2018-ci ildən bu yana Ermənistanda onlayn mərc oyunlarının həcmi 1800 faiz artıb. Bununla yanaşı, bu şübhəli artım gözardı edilir və sektor kölgədə qalmaqdadır. Onlayn mərc və qumar oyunlarında da korrupsiya riskləri nəzərə çarpır. Məsələn, bu sahədə əsas payçı olan iş adamının dövlət məmurları ilə sıx əlaqələri var. Minlərlə, on minlərlə ailəyə ziyan vuran şirkət hesabına idman televiziyası və bank da ala bilib.
Bəs görəsən, Ermənistan hökuməti artıq məktəblərdə də geniş yayılan narkotik və hər insanın demək olar ki, əsirinə çevrildiyi onlayn mərc oyunları ilə bağlı problemi həll etmək istəyirmi? Görünən mənzərə göstərir ki, erməni hökuməti bu problemi həll etmək istəmir, əksinə, bu işlərdən külli xeyir götürdüyü üçün dərinləşməsi üçün fəaliyyət göstərir.
Artıq Telegram, WhatsApp kimi proqramlar vasitəsilə narkotik maddələrin şıdırğı alveri təşkil edilib. Hüquq-mühafizə orqanları isə susqunluq nümayiş etdirir. Problem mediada qabardılanda isə bir sıra mərkəzlər, Təhsil Nazirliyi əl-ayağa düşərək, məktəblərdə maarifləndirmə işləri aparır, sırf statistik göstərici üçün bir neçə məktəbə baş çəkir, lazımsız və yorucu uzun nitqlər söyləyir, bununla da işi bitmiş hesab edir. Artıq məktəbli qızlar arasında narkotik maddələrə meyl geniş şəkildə yayılıb. Xüsusilə gənclər arasında tələbatı artan metamfetamin Ermənistanda gündəlik tələbat malı kimi satılır. Bu maddələr isə erməni dövlətinə əsasən İran və Əfqanıstandan daşınır.
Narkotik maddələrdən istifadə özü ilə yanaşı cinayət də gətirir. Son illərdə bu narkotik cinayətlərinin rəqəmlərinə baxaq:
2018-ci ildə 877 hadisə qeydə alınıb
2019-cu ildə: 1088
2020-ci ildə: 1226
2021-ci ildə: 1544
2022-ci ildə 2266
2023-cü ildə: 5070.
2018-ci ildən 2022-ci ilə qədər Ermənistan Respublikasında narkotiklərlə bağlı cinayətlərin sayında 158%, 2022-ci ildən 2023-cü ilin sonuna qədər isə 123,7% artım olub. Baş Prokurorluğun məlumatlarına görə, 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başlanmış cinayət işləri də artıb (2022-ci ildə 2266, 2023-cü ildə 5070 və ya 123,7% artım). Bundan başqa, 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi halları 1771 və ya 171,8% artaraq ötən il 1031 faktla müqayisədə 2802 fakt təşkil edib. Narkotiklərlə bağlı inzibati xətalarda da müəyyən artım qeydə alınıb. 2021-ci ildə 298, 2022-ci ildə 363, 2023-cü ildə isə 387 belə hal qeydə alınıb. Müvafiq olaraq, 2021-ci ildən 2023-cü ilin sonuna qədər artım 89 hadisə və ya 29,8 faiz təşkil edib. Ermənistana narkotiklər əsasən İran, ABŞ, Rusiya, Hollandiya, Fransa, Almaniya və İspaniyadan gətirilir.
Ermənistanda çox məşhur olan narkotiklərin növbəti qrupu tiryək, ən məşhuru isə heroindir. Bu qrupun narkotikləri Ermənistana qanunsuz olaraq əsasən İran İslam Respublikası ərazisindən gətirilən xaşxaşdan əldə edilir. Bu qrup dərmanların təhlükəsi ölümcül hədddən artıq dozanın çox tez-tez olmasıdır. Bundan əlavə, bu qrupun dərmanları əsasən inyeksiya yolu ilə istifadə olunur ki, bu da yoluxucu xəstəliklərin qan, HİV, hepatit B və C yolu ilə yayılması riskinə səbəb olur. Statistikaya nəzər salsaq, aludəçiliyi olan xəstələr arasında kifayət qədər tez-tez rast gəlinir.
Bütün bunlardan çıxan nəticə odur ki, Ermənistan hakimiyyəti çirkab içindədir. Bu proses də təbii ki, əsasən erməni diasporu tərəfindən idarə olunur və onlar birbaşa erməni dövlətinin rəsmiləri ilə birgə fəaliyyət göstərirlər. Bununla belə, rəsmi statistikalara müraciət etsək, bu günə qədər Ermənistan sərhədlərindən ölkəyə qanunsuz narkotik vasitələrin keçirilməsinin qarşısının alınmasına dair ciddi bir statistika yoxdur. Xüsusən İrandan böyük həcmdə narkotik vasitələrin qanunsuz olaraq Ermənistan ərazisinə daşınmasına dair bir fakt da olsa rəsmiləşdirilməyib. Bu isə bir daha sübut edir ki, narkotik maddələrin alveri erməni hökumətinin əsas gəlir mənbələrindən biridir və dövlət bu işdə xüsusimaraqlıdır…(Report)
Aftv.az
Qumar, narkotik maddələrin məktəblərdə ticarəti - Çirkab içində olan Ermənistan - ŞƏRH
Cəmiyyət
20, dek, 2024
11:36
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30