Noyabr ayının son cüməsi başa çatsa da, Azərbaycanda "Black Friday" (Qara Cümə) endirimləri hələ də davam edir. Mağazaların çoxunda "Black Friday" və "Yeni il" endirimi adı altında məhsullara yüksək endirim edildiyini əks etdirən reklamlar edilir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi mağazalar real endirim tətbiq etsələr də, alınmayan yararsız məhsulları "Qara Cümə" bəhanəsi ilə satan ticarət şəbəkələri də az deyil.
AİB sədri bu halın əsasən elektron məhsullar satan mağazalarda baş verdiyini bildirib. E.Hüseynov deyib ki, "Qara Cümə" və "Yeni il" endirim kampaniyaları ilə aldadılan istehlakçılar keyfiyyətsiz çıxan məhsulu geri qaytarmaq istədikdə problem yaşayırlar. Çünki, endirimli malların geri qaytarılmadığı ilə bağlı məlumatlar var.
"Təəssüf ki, "Black Friday" və "Yeni il "endirimi adı altında məhsullara yüksək endirim vəd edən ticarət mərkəzləri həmin günlərdə satışa yaramayan, geri qaytarılan, istehsal zamanı qüsurlu olan malları istehlakçılara sırıyırlar. Alıcılara tövsiyə edirik ki, endirim kampaniyalarından yararlandıqda texnikSSi vasitələr - paltaryuyan, kompüter və sair elektrik məhsullarını yoxlayıb alsınlar", - deyə E. Hüseynov bildirib.
Birlik sədri onu da deyir ki, "Black Friday" və "Yeni il "endiriminə mağazalar reklam kimi yanaşır, müştəri cəlb etmək məqsədilə təşkil edirlər.
O ki qaldı endirimlərin həqiqəti əks etdirib-etdirməməsinə, Eyyub Hüseynov məhsulların sentyabr-oktyabr qiymətləri ilə müqayisə edilməli olduğunu söyləyir. Onun sözlərinə görə, bəzən ticarət onyektləri məhsulun qiymətini süni şişirdib daha sonra onu endirimə salırlar. Belə halda qiymət elə əvvəlki kimi qalır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa görə, satıcı istehlakçını maraqlandıran malın qiyməti barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Bildirilir ki, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır. Həmçinin malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir:
"Həmçinin "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Həmin Qanuna görə, əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti, qiyməti dəyişdirilən əmtəələrin siyahısı, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti barədə məlumatlar göstərilməlidir. Həmçinin reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi də qeyd olunmalıdır. Məsafədən satış zamanı əmtəə endirimli qiymətlə təqdim edildikdə isə reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar reklam istehlakçısına çatdırılmalıdır".
O da qeyd olunur, qanuna əsasən, əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə bu cür reklam qeyri-dəqiq reklam hesab olunur.
"Qeyri-dəqiq reklama yol verilmir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə əsasən, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir. Belə hallara yol verən sahibkarlıq subyektləri barəsində mövcud qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub", - cavabda qeyd olunur.
Qurumdan bildirilib ki, istehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsinə -(https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, "Qara Cümə" Şükranlıq Günü tədbirlərinin ayrılmaz hissəsidir. "Qara Cümə" termini ilk dəfə 1950-ci illərdə Filadelfiya şəhər polisləri istifadə edib. Bu isə Şükranlıq Günündən sonrakı gün, şəhərətrafı alıcıların və turistlərin şəhərə axışdığı gün yaranan xaosla bağlı olub.
Aftv.az
Mağazaların saxta kampaniyaları: endirimdə yararsız mallar... - NƏ ETMƏLİ?
Cəmiyyət
10, dek, 2024
16:34
Son xəbərlər
Sel Balakəndə növbəti can itkisinə səbəb oldu
8, iyl, 2026
22:02
Rusiya dizel yanacağının ixracına qadağa qoydu
8, iyl, 2026
22:00
Bu ünvanlarda tikililər sökülür
8, iyl, 2026
18:30
Ərdoğan-Meloni görüşündə vacib məsələlər müzakirə olundu
8, iyl, 2026
18:20
Tramp Putinə zəng edəcəyini açıqladı
8, iyl, 2026
18:00
1/4 finalın daha iki iştirakçısı bəlli oldu
8, iyl, 2026
10:20
Böyük Qayıdış davam edir: Xocavənd və Şuşaya növbəti köç
8, iyl, 2026
10:20
Putinin nümayəndəsindən Avropa ilə bağlı qalmaqallı açıqlama
8, iyl, 2026
10:08
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana minnətdarlığını ifadə etdi
8, iyl, 2026
10:06
Ankara sammiti: Müdafiə sahəsində 50 milyard dollarlıq müqavilələr
8, iyl, 2026
09:10
Bərdənin bir hissəsində iki gün qaz verilməyəcək
7, iyl, 2026
16:20
Yüksək rütbəli generala yeni təyinat
7, iyl, 2026
16:10
ADY-dən açıqlama: Bakı–Tbilisi marşrutu üzrə gündüz reysi açılacaq?
7, iyl, 2026
16:10
Azərbaycan qaytarılan ərazidə yeni hərbi dayaq məntəqəsi inşa etdi – FOTO
7, iyl, 2026
16:07
Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi
7, iyl, 2026
16:00
Rəşad Sadıqov: “Tələsik transfer etmək istəmədik”
7, iyl, 2026
15:55
Bakı–Naxçıvan hava reyslərində mühüm yenilik
7, iyl, 2026
10:08
Rəsmi: Portuqaliya millisinin yeni çalışdırıcısı məlumdur - FOTO
7, iyl, 2026
10:05
Azərbaycan nefti BAHALAŞDI
7, iyl, 2026
10:05
Prezident Rüfət Hacıəlibəyovu yeni vəzifəyə təyin etdi
7, iyl, 2026
10:00
İlham Əliyev Dövlət Neft Fondunun ötənilki büdcə icrasını təsdiq etdi
6, iyl, 2026
19:30
Rəsmi: “Neftçi” Luis Ortizlə yollarını ayırdı
6, iyl, 2026
17:00
Zərdab polisi ev oğurluğunda şübhəli bilinən şəxsi yaxaladı
6, iyl, 2026
17:00
Azərbaycan tranziti ilə Ermənistana iri həcmdə propan qazı göndərilib
6, iyl, 2026
16:45
İmtahan qalmaqalı dərinləşir: “Testdə iki düzgün cavab göstərilib”
6, iyl, 2026
16:42
Gəlinini narahat etdiyi iddia edilən şəxs maşınla vuruldu
6, iyl, 2026
09:40
Paşinyan Moskva səfərindədir
6, iyl, 2026
09:35
Keçmiş məcburi köçkünün duyğulu sözləri: “Geri dönəcəyimizi hiss edirdik”
6, iyl, 2026
09:30