Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 10 saylı tam orta məktəbdə müəllimin 7-ci sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq etməsi iddiası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, məktəbdə fənn müəlliminin dərs zamanı şagirdi döyməsi və daha sonra məsələni ört-basdır etməyə çalışdığı iddia edilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, dekabrın 4-də Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinə qarşı müəllim tərəfindən şiddət göstərilməsi ilə əlaqədar yayılan iddialarla bağlı idarədə araşdırma aparılıb.
"Bildiririk ki, fənn müəllimi şagirdə diqqətini dərs prosesinə yönəltməsi, eləcə də davranışını nizamlaması üçün xəbərdarlıq edib. Bu zaman müəllim tərəfindən hər hansı fiziki təzyiq və ya qeyri-etik hərəkət edilməsi ilə bağlı yayılan iddialar öz təsdiqini tapmayıb.
Qeyd edirik ki, məktəb rəhbərliyi, fənn müəllimləri və təhsil müəssisəsinin psixoloqları tərəfindən nizam-intizam qaydalarına əməl edilməsi ilə bağlı şagirdlərlə davamlı olaraq maarifləndirici söhbətlər aparılır, qaydalara əməl edilməsinin zəruriliyi diqqətə çatdırılır.
Ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almaları, eləcə də onların psixoloji-emosional durumu diqqətdə saxlanılır, bu istiqamətdə mütəmadi profilaktiki və maarifləndirici tədbirlər həyata keçirilir", - deyə açıqlamada vurğulanıb.
Aftv.az
Şagirdə qarşı ŞİDDƏT İDDİASI: Xırdalanda 10 saylı məktəbdə nə baş verib?
Cəmiyyət
10, dek, 2024
14:02
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30