Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

Cəmiyyət
4, dek, 2024 13:07

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama keçirib.
Foodinfo.az xəbər verir ki, baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.Faktla bağlı qanunvericiliyə uyğun olaraq kefenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Aftv.az

Son xəbərlər

Rüfət Səfərov saxlanıldı
3, dek, 2024 20:14