Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri Yasamal rayonu, Azad Mirzəyev küçəsi ev 241 ünvanında yaşayan binanın bir qrup sakini tərəfindən başda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olmaqla, bir sıra yüksək instansiyaya ünvanlanmış müraciət daxil olub. Müraciətdə “Blak lounge” adlı restoranın metal konstruksiyalı qanunsuz teras quraşdırmasından və yaşayış üçün ciddi problemlər yaratmasından bəhs edilir.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
Bildiririk ki, Bakı şəhəri Yasamal rayonu, Azad Mirzəyev küçəsi ev 241 ünvanında yaşayırıq. Yaşadığımız binanın zirzəmisində “Blak lounge” adlı iaşə obyekti fəaliyyət götərir. “Blak lounge” adlı iaşə obyektinin sahibi binanın qarşısını qanunsuz olaraq zəbt edib və orada metal konstruksiyalı qanunsuz teras qurdurmuşdur. Bundan əlavə teras propan balonları ilə qızdırılır və bina sakinlərinin həyatı üçün ciddi təhlükə yaradır. “Blak lounge” adlı iaşə obyekti açılan gündən bina sakinlərinin həyatı əsl cəhənnəmə çevrilmişdir. Belə ki, “Blak lounge” adlı iaşə obyekti gecə-gündüz 24/7 fəaliyyət göstərir, yüksək səsli musiqinin səsindən yatmaq olmur, avaraların yeyib-içdikdən sonrakı mübahisəsinin səs-küyündən narahatçılıq keçiririk. “Blak lounge” adlı iaşə obyekti bütün binanı təhlükə mənbəyinə çevirmişdir. Əgər binaya baxış keçirilərsə binanın giriş-çıxış bloklarının ətrafının 15-20–yə yaxın kondisinerlərlə və 10-a yaxın labirin formalı natamam tüstü bacalarının bəzədiyinin şahidi olarsız. Əlavə olaraq iaşə obyektinin tüstü motorları səhərə qədər işləyir və natamam, həyat üçün təhlükəli izolasiya olunmayan elektrik naqilləri ətrafı bürümüşdür. Sizdən qeyd olunan binaya baxış keçirilməsinə, “Blak lounge” adlı iaşə obyektinin sahibi barəsində tədbir görülməsinə, binanın qarşısını qanunsuz qurulmuş metal konstruksiyalı qanunsuz terasın, tüstü motorlarının, propan qazlarının və tüstü bacalarının sökülməsi üçün gıstəriş verməyinizi xahiş edirik.
***
Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Restoranın administratoru Əmrah Ələkbərli bizimlə telefon söhbətində iddiaları əsassız adlandırdı: Artıq teras qurğular yoxdur, sökülüb. Propan balonlarla qızdırma da dayandırılıb, bizdə canlı musiqi ümumiyyətlə olmur. Salondaxili musiqi də saat 1200-dan dayanır. Havalandırma sistemi də yaxın vaxtlarda yenilənəcək, Almaniyadan mütəxəssis dəvət etmişik və yeni qurğular da gətirəcəyik.
O ki, qaldı biz bina sakinləri üçün “Parkovka” təşkil etmişik, zibilləri təmizləmək üçün bir nəfər ayırmışıq. 30% “Qonşular” endirimlərimiz də var. (Yenixeber.org)
Aftv.az
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
Cəmiyyət
29, noy, 2024
17:04
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30