Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub

Cəmiyyət
29, noy, 2024 11:54

Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu gündən onların icraatına cinayət işləri veriləcək.
Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30