Əsədovların gəlini həbs edildi – ŞOK SƏBƏB

Cəmiyyət
1, fev, 2024 13:36

Nəsimi rayon Polis İdarəsində Əsədova Atlas Mamay qızı saxlanıldı. Şikayət əsasında A.Əsədova barəsində Nəsimi rayon Polis idarəsində Azərbaycan Respublikasının Cinayət Məcələsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


Atlas Əsədova media gündəmində 187 saylı məktəbin səs küylü direktoru Nailə Məmmədovanın və Kualisiya QHT rəhbəri Rasim Məmmədovun xalası qız olduğu iddia edilir. Həmçinin Atlas Əsədova zərərçəkmişlərə özünü Baş nazir Əli Əsədovun əmisi oğlu Elbəyli Əsədovun həyat yoldaşı kimi təqdim etmişdir. Lakin Elbəyli Əsədovun baş nazirlə hər hansı əlaqəsinin olub olmaması tam təsdiq edilən məlumat deyil. Amma zərərçəkmişlər Atlas Əsədovanın onları bildirdikləri olduğu kimi qeyd edirlər.


A.Əsədova barəsində Məmmədova Samirə Əli qızının şikayət verməsi ilə 48 saat həbs qətiimkan tədbiri seçilib. Əsədova Atlasın həbs edilməzdən əvvəl Samirə xanıma Xırdalan şəhərində İpoteka ilə mənzil almasına köməklik göstərəcəyi vədi verib. Və bunun müqabilində xanımdan 38000 manat İpoteka üçün və 177 manat isə müqavilə xərci adı ilə etibarından siu-istifadə edərək alıb.


Bir müddət sonra Atlas Əsədova Samirə xanıma İpotekaya salmaq istədiyi və pul ödədiyi MTK sahibinin həbs edildiyin və onunla bərabər bir çox insanların pulunun batdığını bildirib. Lakin Atlas Samirə xanıma bildirib ki onlardan aldığı 38000 manatı onlara qaytaracaq. Və pulun qaytarılması ilə bağlı bir neçə dəfə də Samirə xanımla görüşləridə baş tutub. Bu minvalla Samirə xanıma pulu qaytarmaq niyyətinin olduğun deyən Atlas Əsədova 16430 manat dəyərində 200.10 qram qızıl verərək qalan vəsaitidə verəcəyin bildirib. Daha sonra Samirə xanıma pul gərəkli olur və Atlas Əsədovanın verdiyi qızıları Banka qoyaraq kredit götürmək qərarına gəlir və elədə edir. Bank qızıların qarşılığında 14900 manat kredit götürür. Bir neçə ay vaxtı vaxtında krediti ödəyir. Lakin krediti ödəmək imkanı olmadığından ödənişlər yubanır. Buna görə, Bank qızıları satışa çıxardıqda məlum olur ki qızılar saxtadır. Samirə Məmmədova Bankdan zəng edərək banka gəlməsi tələb edilir. Banka gedən Samirə Məmmədova qızıların həqiqətən saxta olmasını görüb. Bundan sonra Daxili işlər Nazirliyinin müvafiq şəbəsinə müraciət edərək saxta qızıl aldığı şəxslə bağlı ərizə ilə müraciət edir. Bundan sonra Nəzimi rayon Polis İdarəsində Müstəntiq Ağabala Cəfərovun icratına verilir. A.Cəfərov edilən şikayət əsasında Bankda olan saxta qızıları gətizdirərək ekspertizaya göndərir. Ekspertiza qərarında qızılın saxta olduğu rəsmi sənədlərlə öz təsdiqin tapır. 20 iyulda 2023-cü il tarixində edilən rəsmi müraciətdən sonra 27 sentyabr 2023-cü il tarixində isə cinayət işinin başlanması ilə bağlı qərar qəbul edilib. Müstəntiq A.Cəfərov İstintaq təqibi zamanı yətli subutları əsasında Atlas Əsədovanı şübhəli şəxs qismində barəsində 48 saat həbs qətiimkan tədbiri seçilib. Məsələ ilə bağlı redaksiyamızın əldə etdiyi məlumatlar çox olduğundan araçdırmalarımız davam etdirilir.

Növbəti yazımızda Atlas Əsədovanın iş birliyində ittiham edilən Xudaverdiyev Rasim barəsindədə dərin məlumatlar dərc ediləcəkdir.

Həmçinin qeyd edək ki, Atlas Əsədovanən cinayət işində zərərçəkmiş şəxs olaraq təkcə Samirə Məmmədova deyil. Zərər çəkmiş şəxslərin siyahısı artıq aparılan araşdırmamızdan bizə məlumdur. Həmin şəxslərin siyahızın sizlərə təqdim edirik:

- Məmmədova Samirə Əli qızı (zərər məbləği 38.177)
- Dadaşöva Vüsalə Nərbala qızı (iki Qazı oğul anasıdır, zərərin məbləği 11.500)
- Bəkirov Vüqar Nadir oğlu (zərərin məbləği 33.500 bu məbləğin 25000 Bandelin adı ilə alınıb)
- Məhərrəmova Zəminə xıdır qızı (zərərin məbləği 36.560)
- Təhməzov Adil Salah oğlu (zərərin məbləği 20.000)

Ardı var.
Aygün Məmmədova
Bakunews.az

Son xəbərlər