Vətəndaş “Ovçular ət və ət məhsulları” MMC-yə ləkələməsinə görə, 5000 manat cərimələndi – MƏHKƏMƏ QƏRARI

Cəmiyyət
29, yan, 2024 19:10

BakuNews.az xəbər verir ki, Abşeron rayon məhkəməsi tərəfindən Sevinc Qaziyeva media vasitəsi ilə Şirkət əleyhinə etdiyi ittihamlara görə, “Ovçular ət və ət məhsulları” MMC-yə vurduğu zərərin ödənilməsi tələbi təmin edilib.

Bizim saytımızda “Ovçular ət və ət məhsulları” MMC keçmiş əməkdaşnın şikayət etmiş həmin şikayət tərəfimizdən dərc edilmişdir. Qarşı tərəfi dinləmək istədiyimizdə isə şəxs yəni Sevinc Qazıyeva və oğlu bizə qarşı aqresiya nümayiş etdirmişdir. Məsələ ilə bağlı 2023-cü ildə saytımıza müraciət edən və video müraciətlərində “Ovçular ət və ət məhsulları” MMC ilə bağlı açıqlamalar yayan haqsızlıqlara məruz qaldığı iddia edən Sevinc Qazıyeva Tofiq qızının şikayətləri tərəfimizdən dərc edilmişdi. Dərc edilən məqalə və video müraciət məhs qarşı tərəfi dinlədikdə Şikayətçinin müraciətlərinin tam əksi meydana çıxdı. Şirkətin dəvəti üzrə zavoda olduq. Apardığımız müşahidələr zamanı məlum olduki, şikayətçi S.Qazıyevanın iddiaları tam əsasız və şər-böhtan imiş. Bundan sonra şikayətçi Qazıyevlər MMC-nin söz hüququndan istifadə etməsinə münasibətləri çox mənfi aurada büruzə verildi. Onlar qarşı tərəfin münasibətinin işıqlandırılmasının tam əleyhinə çıxaraq bizi rüşvət alaraq qarşı tərəfi dinləməkdə belə ittiham etdilər. Lakin Azərbaycan qanunların əsas götürərək qarşı tərəfin söz hüququnu təmin etmək borcumuzu icra etdik. Bu səfər isə şikayətçi onun videolarının silinməsini özü tələb etdi. Aparılan araşdırmalardanda qarşı tərəf yəni “Ovçular ət və ət məhsulları” MMC-ni dinlədikdə hər bir böhtanın üzəri açıldı. Lakin şikayətçinin oğlu tərəfindən bizə qarşı yaxılan şər-böhtana baxmayaraq qarşı tərəfin mövqeyi tərəfimizdən dərc edildi. “Ovçular ət və ət məhsulları” MMC yayılan məqalə və video çıxışlarla bağlı Məhkəməyə müraciət etmişdi. İşgüzar nüfuzuna vurulan zərərə görə, Sevinc Qazıyevadan 30.000 manat, Bakunews.az xəbər portalından isə dərc edilən, ictimailəşdirilən məqalə və videoların təkzib edilməsi tələbi ilə müraciət etmişdir. Hazırda məhkəmə prossesi yekunlaşmış və qərarı çıxmışdır. “Ovçular ət və ət məhsulları” MMC tələbi təmin edildi. Xəbər portalı olaraq hakimin verdiyi qərarla tam razılaşdıq. Çünki məsələ ilə bağlı bizimdə qarşı tərəflə apardığımız araşdırmalardan S.Qazıyevanın bir çox məqamlarda həqiqəti əks etdirməyən məlumatları dilə gətirdiyinin şahidi olduq. Qərara əsasən bizim verilən məlumatları təkzib etməyimiz öhdəliyinin icrası, Sevinc Qazıyeva Tofiq qızının “Ovçular ət və ət məhsulları” MMC nüfuzuna vurulan ziyana görə 5000 manat tutularaq şirkətə ödənilməsinin təmin edilməsi barədə məhkəmə yekun qərar qəbul edib.



Həmçinin qeyd etməliyik ki, Azərbaycanda N1 sıralarına daxil olan “Ovçular ət və ət məhsulları” MMC-nin məhsulları tərəfimizdən yanlışlıqla cəmiyyətə çox pis təqdim edilməsinə nail olmaq arzusunda olan bəzi şəxslər mövcud imiş. Lakin məlum olan odur ki, bu gün Azərbaycanda “Ovçular ət və ət məhsulları” MMC məhsullarına görə həqiqətəndə ilklər sırasında liderliyin qorumaqdadır. Şirkətin artan nüfuzunu qəbulana bilməyən insanlar tərəfindən qarayaxma kompaniyası aparmaq üçün isə media qurumlarına yalan məlumatlar ötürməklə nail olunması yolunda səylər bu gündə bitmək bilmir. Və bu gün deyirik ki, Azərbaycan vətəndaşları “Ovçular ət və ət məhsulları” MMC məhsullarını rahat şəkildə ailənizə yedizdirə bilərsiniz. Çünki “Ovçular ət və ət məhsulları” MMC məhsuları buna həqiqətəndə layiqdir. Biz artıq evimizdə istifadə edirik. Həmin istehsalı görən şəxs kimi sizlərədə tövsiyə edirik ALIN İSTİFADƏ EDİN.

Son xəbərlər