Varlıq nə deməkdir? Nəfəsmi almaqdır, ya ölənə qədər yaşadığımız müddətdir? Yoxsa biz öləndən sonra da mı yaradacağımız səbəblərdir? Biz dünyaya ilk göz açdığımız andan bizi var edəcək səbəblər də bizdən xəbərsiz bizimlə var olur. Böyük əllərdə kiçik bədənlərimiz əldən-ələ keçərkən heç kimin ağlına belə gəlmir ki, indi əlimizdə, ovuclarımızda olan bu körpə bədənin köksündə necə bir ürək döyünəcək..
Hamı üçün simvolik mənası olan 14 fevral, 1996-cı ilin bu günü Fərəcovlar ailəsi üçün sonsuz, ucsuz-bucaqsız dünyaya sığmayacaqları tarix oldu. Bu gün çoxumuzun yanından, eyni səma altında eyni nəfəsi aldığımız, eyni soyuğu və istini hiss etdiyimiz, hətta bəlkə də bir-birimizi tanımadan, ötüb-keçdiyimiz Kamran Fərəcov dünyaya göz açdı.![]()
O gözlər ki 24 ildən sonra əbədi olaraq yumulacaq.
O ürək ki özünü biləndən Vətən üçün döyünüb, Vətən üçün dayanacaq.
O can ki işğal tarixi yaşından böyük olan amma heç vaxt görmədiyi, böyümədiyi torpaqlar üçün qurban veriləcək.
Kim bilə bilərdi? Sən mi? Mən mi? İlqar atamı? Reyhan anamı? 3 bacısımı? Yoxsa yarı Fidan xanımmı? Heç birimiz..
Vətənə ana deməyin bədəli onun qoynuna girə bilməyi də hünər etmək idi təbii..
Deyirlər, valideyni ölənə yetim, yoldaşı ölənə dul, amma övladı ölənə nə deyərlər bilməzlərmiş..
II Qarabağ müharibəsində neçə belə hekayələr yazıldı. O hekayələrin qəhrəmanlarından biri Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin üzvü, snayper, baş əsgər,şəhid Kamran Fərəcov İlqar oğludur. Müharibəyə qatıldığını ailəsinə bildirmədi. Amma qatıldığını başqa formada ailəsinin qarşısına çıxaraq bildirdi. Ayaqda yox, al bayraqla.. Tabutundakı al bayraq üstünə kəfən olana qədər o, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Şuşada şanlı Azərbaycan bayrağının dalğalanması üçün bütün varlığı ilə döyüşdü. Snayper olduğu üçün sərrastlıqla neçə ermənini Vətən torpaqlarından birdəfəlik sildi.![]()
Əzmlə, qətiyyətlə və dəqiqliklə!
Bir tərəfdən ermənini məhv edən Kamran, digər tərəfdən "birdən Kamrana nəsə olar" qorxusunu sevdiklərinin canına keçirtdi. Bacılarını arxasız, valideynlərini qol-qanadsız, yoldaşı Fidan xanımı isə daim qanayacaq yarayla baş-başa buraxdı. Fidan xanım ailə həyatı qurandan sonra itirmiş atasını, ailəsini Kamranda tapmışdı. İndi isə Kamran gedişi ilə Fidan xanıma bir ailə, Fidan xanımı isə ailəsinə nişanə qoyub getdi, bu dünyadan.
Bu dünyadan ailəsinə, bacılarına dayaq olan, yoldaşı Fidan xanıma dünya olan bir Kamran keçdi...
24 yaşında, oktyabrın 24-də, Xocalıda, qəhrəmancasına..
Nuray Rəşid Abdulla
“Qarabağı kamına çatdıran Kamran” - FOTO
Cəmiyyət
16, fev, 2024
12:56
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30