Hötenin “Gənc Verterin əzabları” Avropada dəhşətli bir sindrom idi. Bu əsəri oxuyan hər gənc oxucunun az qala beşindən üçü intihar edirdi. Kitabda nakam məhəbbətdən, Verterin ümidsiz eşqindən bəhs olunur. Buna görə də zəmanəsində Hötenin bu kitabının satışı Avropada qadağan olunur ki, kütləvi intiharların qarşısı alınsın. Nəticədə tarixə “Verter sindromu” kimi ad qazanır. Bu gün Azərbaycan cəmiyyətində gedən deqradasiya, mənəvi aşınma da təbliğatın affekt yaradan nəticələridir.
Freyd yazırdı ki, adamlar tək-tək dəli olmurlar, bütöv bir xalq dəli olur…Azərbaycanda dəlilik, maniya həddinə çatan bir kütlə var. Buna kütləvi psixoz da demək olar: tik-tokda olan iyrəncliklər, bütün mənəvi keyfiyyətlərini pozan anormal təbliğat, sürtük, səviyyəsiz adamların fenomenə çevrilməsi, onların adi həyatda abırsız hərəkətlərini milyonların izləməsi və özlərini bu cür adamlara bənzətmək trendi…Eləcə də efirləri açanda bayağı verilişlər, ər axtaranlar, arvadı qoşulub başqa kişiylə qaçanlar, televiziyaya çıxarılması uyğun olmayan adamların canlı yayımlarda özlərini bazar olan kimi hiss etmələri – bütün bu “informasiya terroru” evlərimizin içinə girib. Təbii ki, bunu yeni yetişən nəsil görür, uşaqların qarşısına çıxır. Və cəmiyyət mənfi çalarlarla dolu bir şəraitdə inkişaf edə bilməz. Onun içindən psixopatı da, manyakı da çıxacaq. Onun içindən özünü idarə edə bilməyən Afiyyədin də, ailəsini baltalayan psix Əhməd də, narkotikin təsiri altında avtomobili millətin üstünə sürənlər də tapılacaq. İki gündür ölkəni sarsıdan məlum qətl mövzusunda paylaşılan postları izləyərkən, bu gün səhər elə xəbər lentlərində qarşımıza çıxdı: “Maybach” sürücüsü yol polisinə tabe olmayıb, üstəlik, müqavimət göstərib. Nə baş verir? Ölkə niyə bu dərəcədə aqressiya, stress içindədir? Təkcə sosial şəraitlə əlaqələndirmək olmaz. İstər Afiyyədin, istər Əhməd, istər sözügedən bahalı avtomobilin sürücüsü olsun, yetərincə təminatlı adamlar olublar. Ona görə də Azərbaycan ciddi mənəvi böhranla, sindromla üzləşib. Bu vəziyyətdən isə sözsüz ki, çıxış yolları var…
Azər Talıbov
Anaxeber.info
Aftv.az
Azərbaycanda dəhşətli sindrom: təlxək tik-tokerlər, ər axtaran verilişlər, manyak Əhmədlər və…
Cəmiyyət
15, fev, 2024
19:18
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30