Naxçıvanın bəzi jurnalistləri ilə müzakirələrimizdə ən çox ortaya çıxan sual bu olur: Mövcud qanunvericiliyə görə, istənilən Qanun, Sərəncam və Fərmanlar hüquqi qüvvəyə minməsi üçün mütləq dərc olunmalıdır. Prezidentin 2022-ci ildə imzaladığı “Media” haqqında Qanun və bu Qanuna müvafiq olaraq tərtib etdiyi rəsmi media qurumlarının siyahısı mövcud qanunvericiliyin tələbləri ilə toqquşur. Əgər Naxçıvan Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi qəzeti olmayacaqsa, onda bu qanun hökmündə sənədlər harda işıq üzü görməlidir? Mümkündür ki, Prezident media haqqında qanunvericiliyi yenidən nizamlayarkən bu xüsusu unudub və Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti bu səbəbdən onun rəsmi media saxlayacaq qurumlar siyahısına salınmayıb.
Doğrusu, Prezident Aparatına və ya Konstitusiya Məhkəməsinə ünvanlacaq sualın mənə yönləndirilməsinin səbəbini anlaya bilmirəm. Mən sadəcə mövcud qanunvericiliyi şərh etmişəm və faktiki olaraq indiki qanunlarla “Şərq qapısı” qəzetinin dərcinin qanunsuz olduğunu vurğulamışam. Hesab edirəm ki, mənə ünvanlanan irad məktublarının müəllifləri mövcud qanunvericiliyin tələbləri məsələsində mənimlə razılaşırlar. Onları düşündürən sualların incəliklərinə gəlincə, bunu cavablandırmaq şəxsən mənim səlahiyyətimə aid məsələ olmasa da, bacardığım qədər bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağam.
İlk başdan onu deyim ki, mən Naxçıvanın bəzi jurnalistlərindən fərqli olaraq, Prezidentin haqqında danışdığımız qanun və qanun hökmündə sənədi imzayanda nəyisə unutduğunu sanmıram. Fikrincə, belə bir fikir irəli sürmək absurddur və Naxçıvanın rəsmi jurnalistlərinin öz şəxsi maraqlarını dövlət dəyərlərindən üstün tutmasının göstəricisidir.
Məsələ burasındadır ki, dünya praktikasında hər dövlət qurumunun özünə ayrıca rəsmi qəzet saxlamaq təcrübəsi yoxdur. Dövlətlərin bir rəsmi qəzeti fəaliyyət göstərir və müxtəlif hakimiyyət qollarında çıxarılan qanun və qanun hökmündə sənədlər toplanıb həmin qəzetə göndərilir və orda dərc olunur. Məsələn, heç uzağa getməyək, Naxçıvandan yəqin ki, 100 dəfə, Azərbaycandan isə azı 10 dəfə böyük olan Türkiyənin bir rəsmi qəzeti var. Adı da elə “Resmi Gazete”dir. 1920-ci ildən indiyədək bəzən həftədə 1, bəzən iki həftədən 1, bəzən isə ayda 1 dəfə çıxan “Resmi Qazete”də Prezident Aparatından tutmuş TBMM-nə, Ali və Konstitusiya Məhkəməsinə qədər bütün dövlət qollarının çıxardığı qərarlar dərc olunur. Bundan əlavə, “Resmi Gazete”də beynəlxalq hüquq normalarına aid olan sənədlər və protokollar da işıq üzü görür.
Ən əsası, “Resmi Gazete”də ədəbiyyat, incəsənət, siyasət, sosial və s. mövzulu materiallar, təbliğati, yaxud şantaj xarakterli məqalələr dərc olunmur. Bu il 104 yaşı tamam olan “Resmi Gazete”də cəmi 6 dəfə Atatürkün xalqa müraciəti dərc olunub və bu da dövrün müxalifləri tərəfindən xoş qarşılanmayıb.
Məncə, Prezident İlham Əliyev də 2022-ci ildə müvafiq qanunu və rəsmi qəzetlər siyahısını imzalayanda bu cür islahat həyata keçirməyi planlaşdırıb. Amma o islahat tamamlanmayıb və yəqin ki, öz təbiri ilə desək, hakimiyyətinin “yeni dövrün”də imzalanacaq qərarlarla tam ərsəyə gəlmə prosesinə qədəm qoyacaq.
Soruşa bilərsiniz ki, onda niyə həmin siyahıya 10 hökumət orqanının və 3 dövlət hakimiyyətinin adını salıb? Fikrimcə, mən bu suala qismən cavab verdim. Daşların tam yerinə oturması üçün qanunvericilik aktlarına əl gəzdirmək lazımdır və bu proses zatən davam edir. Media islahatlarının indiki tamamlanmamış halı ilə həqiqətən də bizim “Media haqqında Qanunu”muzda bir çox qüsurlar var və yaxın zamanlarda onların üzərindən xətt çəkiləcək. Çünki demokratik dəyərlər hansısa dövlət qurumlarına bağlı rəsmi media orqanlarının yaradılmasını inkar və medianın müstəqil fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan “Şərq qapısı” qəzeti və digər rəsmi qəzetlər dövlət hakimiyyətinin boyunduruğundan xilas olmağı bacarmalı, müstəqil fəaliyyət göstərməlidir. Ən azı özünü tədricən bu azadlıq mühitində yaşamağa hazırlamalıdır. Necə ki, “Yeni Müsavat”, “Hürriyyət” və digər qəzetlər bu cür fəaliyyətlə məşğuldurlar.
P.S. Naxçıvan MR Ali Məclisindən və Nazirlər Kabinetindən rəsmi sorğumuza cavab gözləyirik
(Ovqat.com)
Aftv.az
“Şərq qapısı” və digər rəsmi nəşrlər dövlətin boyunduruğundan xilas olmalıdır
Cəmiyyət
15, fev, 2024
10:39
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30