Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub...
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru öz adına olan və 16 il müddətində fəaliyyət göstərən şirkətinin fəaliyyətinə xitam verib.
AzFakt.com xəbər verir ki, 2008-ci ildə təsis edilən “Allure” MMC-nın varlığı barədə məlumat bir neçə il öncə ölkə mətbuatında yayılıb.
Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə ötən ilin oktyabrında təyinat alsa da, o, uzun illər boyu bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. Yəni Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub.
Xatırladaq ki, Eşqi Bağırov əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.
2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.
Qeyd edək ki, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub.

Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov bu qalmaqalalrı adlaya bilib və ona daha böyük vəzifə belə verilib. Bu isə onu göstərir ki, Eşqi Bağırovun arxasında ETN ssitemində ciddi bir qüvvə dayanır.
Qeyd edək ki, yerli mətbuatda Eşqi Bağırovun FETO-ya bağlı olması ilə bağlı iddialar səsləndirilib.
Aftv.az
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır...
Cəmiyyət
13, fev, 2024
10:32
Son xəbərlər
Fransa ordusunda inqilabi dəyişiklik: Robotlar ön plana çıxır
5, iyl, 2026
10:20
DİM: Dövlət qulluğuna qəbul imtahanında 1000-dən çox iştirakçı
5, iyl, 2026
10:07
AZAL Bakı–Naxçıvan uçuşları ilə bağlı sərnişinlərə müraciət etdi
5, iyl, 2026
10:05
Azərbaycanda növbəti zəlzələ baş verdi
5, iyl, 2026
10:00
Sinoptiklərdən küləklə bağlı xəbərdarlıq
4, iyl, 2026
17:30
Fransa millisi həlledici oyun öncəsi itki ilə üzləşdi - FOTO
4, iyl, 2026
17:20
Çimərlikdə dəhşətli hadisə: Floridada ildırım dörd nəfəri vurdu
4, iyl, 2026
17:10
Şuşa və Laçında dolu yağışı qeydə alındı
4, iyl, 2026
17:00
Fənərbağça müdafiəyə böyük transfer etdi: Natan Ake
4, iyl, 2026
09:30
Sumqayıtda 48 yaşlı kişi dərman qəbulundan sonra ölüb
4, iyl, 2026
09:30
NATO 3 hissəyə bölünə bilər - Nauseda
4, iyl, 2026
09:20
Rusiya qüvvələri bu şəhəri tam ələ keçirib
4, iyl, 2026
09:20
Putindən NATO ilə bağlı riskli gediş iddiası
4, iyl, 2026
09:17
Azərbaycan ABŞ-yə rəsmi təbrik ünvanladı
4, iyl, 2026
09:00
Rəsmi təyinat: Ümid Alməmmədov nazirlikdə vəzifə aldı
3, iyl, 2026
17:40
Litvadan diqqətçəkən qərar: Nüvə silahına yol açılır
3, iyl, 2026
17:32
Bu rayonlarda leysan yağacaq, sel riski var – Xəbərdarlıq
3, iyl, 2026
17:30
Ağdamda zəncirvari qəza: 6 nəfər xəstəxanalıq oldu
3, iyl, 2026
17:30
Coratda dənizdə faciə: Bir nəfər həyatını itirdi
3, iyl, 2026
17:20
Ukraynanın cavabı necə olacaq? – Zelenskidən açıqlama
3, iyl, 2026
09:30
Futbolda yayın 10 ən bahalı transferi açıqlandı
3, iyl, 2026
09:20
İlham Əliyevə dəstəyin arxasında duran amillər
3, iyl, 2026
09:10
Qordon Rusiyanın üzləşdiyi çətinliklərdən danışdı
3, iyl, 2026
09:10
Slutski: “Havayı pendir yalnız tələdə olur”
3, iyl, 2026
09:00
Qızılın qiymətində artım müşahidə olunub
2, iyl, 2026
18:20
Azərbaycan sülhməramlılarının fəaliyyət coğrafiyası – Hesabat
2, iyl, 2026
18:10