Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə
Surəti: AR Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova
Surəti: AR İnsan Hüquqları üzrə müvəkkili (Ombudsmanı) Səbinə xanım Əliyevaya
Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Günahsız həbs olunan, “Free Media Award” beynəlxalq mükafatı laureatı (2019), “Qafqazın qəhrəmanı 2019” adına layiq görülən
Qeydiyyat ünvanı AZ 5000, Sumqayıt şəh, məhəllə 16, ev 27/16, mən 1
Bakı İstintaq Təcridxanasında saxlanılan Babalı Hafiz Ərköyün oğlu tərəfindən
ƏRİZƏ
Cənab Prezident,
Saxta ittiham əsasında AR CM-nin 206.3.2-ci maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin təqdimatı, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin qərarı ilə mənə 09.09.1971-ci il təvəllüdlü, Sumqayıt şəhəri sakini, ali təhsilli, Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru, ailəli, 3-cü qrup gözdən əlil H. Ə. Babalıya qarşı həbs qətimkan tədbiri seçilib. İttihamda əks olunan valyuta qaçaqmalçılığına daxir qurama məlumatlardan mən yalnız qanunsuz olaraq saxlanılarkən xəbər tutmuşam.
Qeyd olunan maddənin dispozisiyasındakı hallar, eləcə də mənə qarşı irəli sürülən ittihamların heç bir sübutu yoxdur ola da bilməz.
Belə ki, mən cinayət işində bəhs olunan 2022-2023-cü illər ərzində iddia edilən valyuta qaçaqmalçılığının heç bir mərhələsində iştirakçı deyiləm.
2019-cu ilin noyabr ayından etibarən AR Dövlət sərhədlərini keçməmişəm;
Qaçaq malı kimi xaricdən valyuta gətirilməsinin planlaşdırılması, təşkili, sərhəddən qanunsuz keçirilməsi, qəbulu və bölüşdürülməsində hər hansı şəkildə və statusda iştirak etməmişəm;
Mənim ittihamda göstərilən qabaqcadan əlbir olan qrupa heç bir aidiyyatım yoxdur;
Cinayət işində adı çəkilən şəxslərdən iki (Ü. Həsənli, S, Abbasova) nəfəri jurnalist kimi tanıyıram, onların guya ölkəyə gömrük nəzarətindən kənar valyuta gətirmək niyyətindən xəbərsiz olmuşam., onlarla bu haqda söhbətim olmayıb;
Mənim heç bir kəslə cinayətkar razılaşmam olmayıb və iddia edilən bu qurama razılaşmada üzərimə qoyulan funksiya mövcud deyildir;
Mən abzas.net internet saytında yayınlanmış 6 (altı) ədəd jurnalist araşdırmasının müəlifiyəm. Bunu nə ictimiayyətdən, nə də istintaq orqanından gizlətmişəm;
Mənə qarşı müxtəlif maliyyə əməliyyatlarında iştirak etməklə xeyli miqdarda gəlir əldə etmək ittihamının heç bir maddi dəlili mövcud deyil. Nəzərə alsaq ki, “xeyli miqdar”dedikdə 50.000-200.000 manat başa düşülür, o zaman bu ittiham gülünc, ağ yalan və böhtandır;
Abzas Mediaya təqdim etdiyim məqalələrin redaktə edilməsi məqsədi ilə 4 (dörd) dəfə redaksiyaya getməyim heç bir halda cinayət işi üzrə təqsirləndirilən şəxslərlə birgə fəaliyyət göstərmək kimi tövsif oluna bilməz;
Jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini(əldə etmək imkanını) “tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səbatsızlığıdır;
20 noyabr 2023-cü il tarixində cinayət işində göstərilən ünvanda aşkar edildiyi iddia olunan xarici valyuta sərvətinin mənə heç bir aidiyyatı yoxdur;
Beləliklə, göründüyü kimi, istintaq orqanının mənə qarşı irəli sürdüyü ittihamların ayrı-ayrılıqda, eləcə də məcmu halında heç bir hüquqi əsasları mövcud deyildir;
Cənab Prezident, mən əminəm ki, mənim həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bunu BŞBPİ-nin vəsatətlərimə dair 14 dekabr 2023-cü il tarixli qərarları təsdiq edir. “Vəsatətlərə baxılması haqqında” 14.12.2023-cü il tarixli qərarda(səh 2, abzas 5) göstərilir ki, “H. Babalı mütəmadi olaraq qrup üzvləri Ü. Həsənov və S. Abbasova ilə təmasda olmuş, onların birgə fəaliyyət göstərdiyi ofisə gedib-gəlmiş, onların tapşırığı əsasında pul müqabilində materiallar hazırlamışdır.” Həmin qərarda(səh2, a 8) həmçinin göstərilir ki, cinayət məsuliyyətinə cəlb olunmağım ictimai fəaliyyətimlə bağlı deyildir. Halbuki mən 1992-ci ildən bəri fasiləsiz olaraq peşəkar jurnalistika fəaliyyəti ilə məşğulam. Cəmiyyətdə ekspert, ictimai xadim kimi tanınıram. Bu qərarda, eləcə də həmin tarixli digər qərarda (vəsatətlərə baxılması haqqında) qərəzli şəkildə yalan məlumat verilir ki, mən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında qaçaqmalçılıq yolu ilə …. ölkə ərazisinə xarici valyuta vəsaitləri gətirmişəm.
Cənab Prezident, mən öz dövlətini Sizin qədər sevən, qanunun hərfinə hörmət edən vətəndaşam. Jurnalist kredom obyektivlik, qərəzsizlik, həqiqətpərvərlikdir. İndiyədək irili-xırdalı 200-dən çox müstəqil jurnalist araşdırmasının müəllifiyəm. Məmur sahibkarlığı, dövlət büdcəsinin talan edilməsi, çirkli pulların ölkə ərazisində və onun hüdudlarından kənarda yuyulması və s. Korrupsiya əməlləri araşdırmalarımın əsas mövzularıdır. Bu araşdırma məqalələri Turan İA, Azadlıq radiosu, Meydan TV, Sancaq Media, Open Azerbaijan, Abzas Media, eləcə də, Open Media Hub, Radio Free Europe/Radio Liberty beynəlxalq media resurslarında dərc olunub. Həmin ifşaedici təhqiqat materialları üzrə mənə qarşı böhtan və s ittihamlarla məhkəmə iddiası qaldırılmayıb.
Abzas Media ilə əməkdaşlığımın özəyində tamah niyyəti durmuş olsaydı, xeyli miqdarda pul qarşılığında araşdırmaçı-jurnalist fəaliyyətini dayandırmaq barədə şirnikləndirici təkliflərlə razılaşardım.
Cənab Prezident, mən cinayətkar deyiləm, jurnalistika da cinayət deyildir. Fəaliyyətimdə rəhbər tutduğum prinsiplərdən biri Sizin ictimaiyyətə və jurnalistlərə bəzi məmurların qanunsuz əməllərinə dair siqnal vermək haqda müraciətiniz olmuşdur. Vəzifəsindən azad edilən və həbs olunan bəzi məmurların cəzalandırılmasını mən həm də öz araşdırmalarımın nəticəsi kimi qiymətləndirmişəm.
Hörmətli Prezident, yazdıqlarımı nəzərə alaraq barəmdə olan cinayət işini şəxsi nəzarətə götürməyi, mənə qarşı təqibin dayandırılması haqda göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, Hafiz Babalı
Turan.az
Hafiz Babalı Prezidentə müraciət etdi
Cəmiyyət
18, mar, 2024
20:25
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30