Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın "RAO Global Group" şirkətinin direktoru Rəsul Orucova məxsus olan şirkətin milyonluq vergi borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib.
"RAO Global Group" şirkəti tərəfindən təsis edilən "CPS Construction"nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 6.549.204,84 manat vergi borcu var.
Qanuni təmsilçisi Baxışov İqbal Əlövsət oğlu olan şirkətin dövlətə olan borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. Şirkət isə məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib.
Cavabdeh dövlət qurumu kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi göstərilib. Hakim Azər Bayramovun sədrliyi ilə məhkəməyə baxış iclası 16.04.2024-cü il tarixində keçiriləcək.
Qeyd edək ki, "CPS Construction" MMC 2015-ci ildə təsis edilib, 200-dən çox inşaat və xüsusi texnikaya malikdir. O, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik hissəsinin tikintisində iştirak edir. "CPS Construction" 2010-cu ildə "RAO Global GmbH" MMC tərəfindən təsis edilən "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC-nin törəmə strukturudur. Qrup Rəsul Orucova məxsusdur.
Xatırladaq ki, Rəsul Orucov Dövlət Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunaraq və 3 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Həmin vaxtdan indiyədək vergi borcu ödənilməyib. Bu səbəbdən Rəsul Orucov barəsində yenidən həbs qətimkan tədbiri seçilə bilər. (Qaynarinfo.Az)
Aftv.az
İş adamı Rəsul Orucov həbs edilə bilər - 6 milyonluq borc yenidən gündəmdə
Bölgə
2, mar, 2024
10:36
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30