Lənkəranda bir kəndin poçt şöbəsi BAĞLANIB: İnsanlar çətin vəziyyətdədirlər VİDEO

Bölgə
13, iyl, 2024 11:23

Lənkəranın Viravul kəndində 4500-dən çox insana xidmət göstərən poçt şöbəsi fəaliyyətini dayandırıb.

Sakinlər ya şəhər mərkəzinə, ya da 10 kilometr məsafədə yerləşən Vilvan kəndinə getmək məcburiyyətində qalırlar.

"Poçt şöbəsi 10-15 gündür bağlanıb. İnsanlar çətin vəziyyətdədirlər. Vilvan kəndindəki poçt şöbəsinə getmək üçün iki dəfə avtobus dəyişməliyik. Lənkəranın mərkəzinə getmək üçün isə 1 gün vaxt lazımdır. Bu isə kənd adamı üçün bir günlük işinin batması deməkdir. Həm vaxtımız itir, həm də maddi cəhətdən ziyana düşürük", - kənd sakini narazılığını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Aftv.az 

Son xəbərlər