Yol bəzən insanın öz içindən keçib gedir, ya arzularının dalınca aparır, ya da elə yolun özünə çevrilib sonsuzluğa qovuşursan. Hər iki halda – istər xilasın olsun, istərsə də məhvin, bir yol gərəkdi. Artıq hansı yolu seçəcəyin barədə hökmü taleyinlə hesablaşıb müəyyənləşdirirsən.
Sözün bütün mənalarında Sabirabad rayonunun on iki kəndinin yolu yoxdur. Kürün sol qolunda yerləşən bu kəndləri birləşdirən “Kürqırağı” magistral yolu sonuncu dəfə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrdə – 1976-cı ildə çəkilib, 1982-ci ildə isə qismən təmir olunub. O vaxtdan bəri həmin yol barədə heç bir tədbir görülməyib və hazırda vəziyyət o qədər acınacaqlıdır ki, bəzən o kəndlərdən birinə getmək üçün nə maşın, nə də sürücü tapılır. Hər birinin cavabı belə olur: “Yol yoxdu, gedə bilmərəm”. Azərbaycanda əhalinin, bəlkə də, ən sıx məskunlaşdığı bu kəndlərdə belə bir mənzərənin yaranması məyusedicidir.
Yol həyatdı, Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərində həyat dayanıb. Təcili-tibbi yardım maşını xəstənin sağlığında özünü yetirə bilmir. Qınamaq mümkün deyil. Yolların sıradan çıxdığı bu vəziyyətdə o sürücünün vaxtında yetişməsi mümkünsüzdür... Yanğınsöndürən maşın ünvana yetişdikdə alov çoxdan öz işini görmüş olur. Rayon mərkəzinə, bazara, dərsə, qonaq evinə, xeyir-şərə tələsən əhali yola çıxmaq istəmir, yol yoxdu... Məhsulu satmağa aparan kəndli babanın sovetdənqalma maşınının hərəkət etməyə gücü çatmır.
Məktəbə, hazırlığa yollanan şagirdlər mənzilbaşına çətinliklə çatırlar. “Sabirabad rayonunun filan kəndində çətənə kolları aşkarlanıb” başlıqlı xəbərləri minimuma endirmək üçün bura yol çəkmək, sonra məktəblərə tez-tez baş çəkmək, bu kəndlərin təhsil səviyyəsi ilə maraqlanmaq və göstəricilərin niyə bu qədər aşağı olduğunun səbəblərini araşdırmaq lazımdı. Yol çəkiləndən sonra hər şey öz yoluna düşə bilər...
Bu on iki kənd 44 günlük Vətən müharibəsində yeddi şəhid verdi. O yeddi şəhid hər şeydən əvvəl kəndləri, yolları uğrunda döyüşə yollanmışdılar. Onların vətəni bu kələ-kötür yollardan başlayırdı. Bu yollara qurban gedən oğlanların dəfninə, yas mərasiminə ölkənin dörd yanından insanlar axışan vaxt hər kəsin pıçıltısında yolların bərbad vəziyyəti dolaşırdı. O yeddi şəhidin birinin ildönümündə kənd ağsaqqallarından biri dedi ki, indiyə qədər dözmüşük, bir az da dözərik, Qarabağda yol çəkilir, yəqin bizim də yolumuzu çəkərlər. Camaatın budəfəki səbrinin səbəbi Zəfər yolu oldu.
Bu dözümlü camaat yeddi oğulun müharibədən sağ-salamat qayıtmağına yeddi qurban demişdi. O qurbanlar kəsilmədi. Amma düşmən tapdağına qovuşan yollarımız tənədən, eyhamdan azad olundu.
İndi güman bir Sərəncama qalıb.
Biz də özümüzə bir yol seçmək istəyirik. Düz yol... Bu on iki kəndin yolu uğrunda şəhid yox, şahidlər yetişəcəklər, qansız-müharibəsiz, bütöv Azərbaycana şahidlər. Onların yolu da əvvəlki nəsillərə xatir düz olmalıdır, sözün hər iki mənasında, dümdüz.
Qafqazinfo.Az
Aftv.az
Sabirabadda İBTİDAİ ŞƏRTLƏR: on iki kəndinin yolu yoxdur - BU NƏDİ BELƏ?!
Bölgə
18, iyn, 2024
21:16

Son xəbərlər
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30