NDU-nun rektoru Ali Məclisin tələbə olan Aparat rəhbərindən niyə dərsə davamiyyət tələb etmir?..
Yaxın aylardan birində növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə şübhə yoxdur. Belə olan təqdirdə, paralel olaraq Naxçıvan Ali Məclisinə də seçkilər baş tutacaq.
Naxçıvanın yerli parlamenti formalaşandan sonra, deputatlardan birinin Ali Məclisin sədri kimi strateji posta seçilmək şansı olacaq. Maraqlıdır, Konstitusiyaya görə Naxçıvanın ən ali vəzifəsi sayılan bu postu kim tuta bilər?
Bu xüsusda bir neçə real adamın adı hallanır. Onlardan biri: hazırda Ali Məclisin sədr müavini postunu tutan və faktiki olaraq sədrin səlahiyyətlərini icra edən – Anar İbrahimovdur. Digəri isə hazırda Ali Məclis Aparatına rəhbərlik edən – Ülvi Hüseynlidir.
Bir neçə gün əvvəl, bəzi tanınmış KİV-də məhz bu şəxslərin deyilən posta seçilmək üçün şanslı olmaları və aralarında ciddi rəqabətin getməsi ilə bağlı təhlil yazısı tirajlandı və nədənsə, bir neçə saat sonra həmin yazıların hamısı saytlardan silindi.
Hər bir şəxsin vəzifə tutmaq iddiası ola bilər və bu sahədə sağlam rəqabətin olması da normaldır. Bu, həm də əsl demokratiya nümunəsi sayılır.
Belə mövzuda adları hallanan şəxslər də bundan qəti narahat olmamalıdır. İki gün əvvəl TNS saytı bu mövzuya “ip ucu” verə biləcək bir məlumat paylaşdı.
Sayt etibarlı mənbələrə istinadən Ali Məclisin yeni tərkibində kimlərin təmsil ola biləcəyini təxmin edən bir siyahı ortaya qoydu və hətta iddia etdi ki, adları çəkilən adamlar indidən seçki hazırlığına başlayıblar.
Həmin məlumatda diqqətimizi bir məqam çəkdi.
Ali Məclis sədrliyinə adı real namizəd kimi hallanan və hazırda Ali Məclisin Aparatına rəhbərlik edən Ülvi Hüseynlinin üniversitet tələbəsi kimi təqdim edilməsi.
Çox maraqlıdır, bəyəm, bu qədər ciddi postu tutan Ülvi Hüseynlinin ali təhsili yoxdur ki, sayt onu Naxçıvan Dövlət Universiteti Hüquq fakultəsinin qiyabi oxuyan birinci kurs tələbəsi kimi təqdim edir?
Apardığımız dəqiqləşmədən sonra məlum oldu ki, Ülvi Hüseynli Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakultəsinin məzunu olub, ancaq hal-hazırda doğrudan da qiyabi olaraq ikinci ali təhsilini alır.
İstənilən sayda ali təhsil almaq hörmətli Ulvi müəllimin hüququdur və buna kimsə irad tuta bilməz. Ancaq görəsən, belə yüksək vəzifəni tutan Ülvi bəy doğrudan da gedib Naxçıvan Dövlət Univetsitetində aiditoriyada əyləşib, mühazirə dinləyirmi?
Bu, lap Vasif Talıbovun 40 yaşında BDU-nun Hüquq fakultəsini bitirməsinə bənzədi. İş burasındadır ki, Ülvi müəllimi də Vasif Talıbov kimi auditoriyada görən olmayıb.
Əgər belə deyilsə, qoy Universitetin rektoru hörmətli Elbrus İsayev Ülvi müəllimin necə mühazirə diləndiyi ilə bağlı görüntüləri bizimlə bölüşsün.
Bəlkə də bundan sonra Ülvi müəllim dərslərindəki davamiyyətə əməl edəcək, Elbrus müəllim bundan sonrakı görüntüləri paylaşacaq. Hətta belə olsa da sevinərik ki, tənqiddən nəticə çıxarılıb. Amma demək istədiyimiz odur ki, ikinci ali təhsil aldığı dönəmdə Ülvi müəllimi Universitetdə tələbə kimi görən olmayıb.
Naxçıvan Dövlət Universitetindən söz düşmüşkən, qeyd edək ki, bu təhsil ocağının rektoru Elbrus İsayev də Ali Məclisə sədr seçilmək üçün çox ciddi çalışır. Hətta onun yaxın ətrafı belə təbliğat aparır ki, bu posta adları çəkilənlər arasında ən şanslı namizəd məhz rektordur.
Bəlkə elə buna görədir ki, o, Ülvi Hüseynlidən ciddi davamiyyət tələb etmir ki, potensial alternativlərdən biri ilə bağlı “qara piar” üçün zəmin formalaşsın…
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az
Aftv.az
NDU-nun rektoru Ali Məclisin tələbə olan Aparat rəhbərindən niyə dərsə davamiyyət tələb etmir?..
Bölgə / Təhsil
15, iyn, 2024
19:26
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30