Bu gün Azərbaycanın bölgələrindən işsizlik səbəbi ilə Bakıya və digər böyük şəhərlərə əhali axını var. Daha insanlar bölgələrdə yaşamağa maraqlı deyil. Əksər ucqar kəndlərin sakinləri evlərinin qapılarını bağlayıb, şəhərlərə köçürlər. Bu da ucqarlarda təhsilin durumuna mənfi təsir edir.
Təhsil məsələləri üzrə ekspert, dosent İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, regionlarda əhali sayı tədricən azaldığı üçün, şagird sayı da azalır: "Bunun bir neçə səbəbi var. Birincisi, demoqrafik səbəbdir. Əhalinin artımı ilbəil aşağı düşür, yəni, daha əhali artımı yoxdur. İkinci səbəb, urbanizasiya məsələsidir. Kənddə yaşayan vətəndaş Bakıya və digər şəhərlərə köçür. Çünki kəndlərdə kənd təsərrüfatı ilə məşğul olmağa imkanlar məhduddur, dolanmaq çətindir, iş yerləri çox azdır və s. Beləliklə kəndlərdə əhali sayı, məktəblərdə də şagird sayı azalır. Nazirlik, az sayda uşaqlar olan məktəbləri maliyyələşdirmək istəmir. Məktəbləri rasionallaşdırmaq səbəbilə. Çünki, bu halda hər bir şagirdin təhsilinə ayrılan pulun miqdarı artır. Yəni, onların təhsili nazirliyə baha başa gəlir. Bu səbəbdən 100 nəfərdən az şagirdi olan məktəbləri nazirlik bağlamaq istəyir. Elm və Təhsil Nazirliyi hesab edir ki, bu məktəblər onlara iqtisadi cəhətdən yükdür".
Ekspertin fikrincə, bu məsələnin həll yolu var: “Bu tipli məktəblər azkomplektli məktəblər adlanır. Sovet vaxtında da bəzi ucqar kəndlərin məktəblərində şagird sayı az olub, amma məktəblər fəaliyyətini davam ediblər. Azkomplektli məktəblərdə tədrisin təşkilinin öz xüsusiyyətləri var. Məsələn, az komplektli məktəbin ibtidai təhsil bölməsində bir sinif olur: 2-3 nəfər 1-ci sinif, 2-3 nəfər 2-ci sinif, 1-2 nəfər 3-cü, 1-2 nəfər də 4-cü şagirdi olur. Yəni, sinifdə olan 8-12 nəfər şagird 4 sinif üzrə altqrulara bölünür. Bir müəllim onlara eyni otaqda 45 dəqiqə ərzində növbə ilə əvvəlcə həm 1-ci sinfin, daha sonra 2-ci sinfin və s. 4-cü sinfin tapşırığını verir. Şagirdlər tapşırıqları müstəqil icra edirlər. Sonra müəllim onlara alt qruplar üzrə ayrılıqda suallar verir. Bir sözlə azkomplektli məktəbdə təhsilin öz metodikası var. Bu adi sinifdəki və ya adi məktəbdəki dərsdən daha çətindir. Yuxarı siniflərdə də eyni şəkildə - eyni sinif otağında bir fənn müəllimi altqruplar üzrə dərs aparır. Bu, köhnə texnologiyadır. Müasir texnologiyalarla bunu etmək daha rahatdır. Distant təhsil vasitəsi ilə azkomplektli məktəblərdə dərsləri aparmaq rahat və keyfiyyətli olur. Hətta hər sinifdən bir şagird olsa belə, distant təhsil texnologiyaları ilə tədrisi səmərəli qurmaq mümkündür. Sadəcə ölkədə normal distant təhsil sismemi qurulmalıdır. Belə olan halda, 100 nəfərdən az şagirdi olan məktəbləri bağlamağa ehtiyac qalmır, onların fəaliyyəti də iqtisadi baxımdan ziyanlı olmur. Əgər kənddə fasiləsiz, kəsilməz elektrik təminatı, normal internet, uşaqların kompüteri varsa, onda problem olmur. Ya azkomplektli məktəb olmalıdır, ya uşaqların distant oxuması üçün texniki-metodik və s. təminatlar yaradılmalıdır”-deyə ekspert əlavə edib.
Ekspert bildirib ki, ucqar kəndlərdə uşaqlar normal təhsil ala bilmirsə, təbii ki, normal məktəb təhsili və attestat da ala bilmirlər. Təhsil onların Konstitusiya ilə təsbit edilmiş hüququdur. Gələcəkdə bu uşaqların universitet təhsili alması da problem olur.
“Bəzi hallarda şagirdlər rayon mərkəzində və ya qonşu kənddə qohumları varsa, orada yaşayır və oxuyurlar. Əgər kənd məktəbi bağlansa, onda uşaqları qonşu kənddə təhsil almağa hər gün aparıb-gətirmək üçün məktəbə xüsusi avtobus verilməlidir. Yəni, məsələnin həllinin belə müxtəlif yolları var”- deyə ekspert bildirib.
İlham Əhmədovun sözlərinə görə, müxtəlif ölkələrin təhsil sistemləri bu təcrübələrdən istifadə edirlər. Çünki, bu gün bütün dünyada uşaqların təhsil almasına ciddi yanaşırlar.
Ekspert dərsliklərdən də söz açıb. O, bildirib ki, bizim dərsliklər çox bərbad haldadır. Məktəbə mütəmadi gedən şagird bu dərslikləri oxuyub, müstəqil nəsə öyrənə bilmir. Məktəbə normal getməyən, onlayn və ya azkomplektli məktəbin şagirdi belə dərsliklərlə sərbəst şəkildə biliklər heç cür mənimsəyə bilməz.
“Yəni normal dərslik olsa, azkomplektli siniflər yaratmaqla uşaqlar müəllimlərin rəhbərliyi ilə, onlara müəyyən göstərişlər verərək, mənbələr göstərərək (əsasən “YouTube” kanalından) sərbəst təhsillərini təşkil etmək olardı. Hətta kənd məktəbi bağlansa belə, dayaq təhsil məntəqəsi yaratmaqla, uşaqları təhsilə cəlb etmək mümkündür. Orada tədris üçün 3-4 nəfər fənn müəllimi olsa, şagirdlərin təliminə dəstək verər, nəzarət edər, müvafiq göstərişlər verər və tapşırıqların həllində kömək edərlər. Bütün bunları etmək üçün istək və müvafiq bilgilər lazımdır. Təcrübəni öyrənmək, bilmək və istək olanda hər şey mümkündür.
Gürcüstan təhsilində belə təcrübələr var. Orada 5-10 evdən ibarət ucqar kəndlər var, bu kəndlərdə 20-25 uşaq yaşayır. 15 ildir Gürcüstanda bu tip kəndlərdə yaşayan uşaqlara distant formada təhsil verilir.
Qazaxıstanda oxşar təcrübələr mövcuddur. Orada da azkomplektli məktəblərdə distant formada dərslər keçirlər.
Biz dünya azərbaycanlılarının yeganə dövləti olaraq, onların milli-mədəni inkişafına dətək verməliyik. 2017-ci ildə biz Elm və Təhsil Nazirliyinə təklif vermişdik. Son illər Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə məktəblər tədricən bağlanır. Çünki, orda ali təhsilli və azərbaycandilli müəllimlər çatışmır. Əgər 90-cı illərin əvvəlində 180 ədəd Azərbaycan məktəbi var idisə, 2017-ci ildə artıq 120 məktəb qalmışdı. İndi bəlkə də 100 məktəb qalıb. Müəllimlər yaşlanır, təqaüdə gedirlər, onların yerinə yeni müəllimlər gəlmir. Çünki, müəllim işləmək üçün pedoqoji təhsil tələb edilir. Pedaqoji təhsili olmayan azərbaycanlıları müəllim kimi işə qəbul etmirlər. Gürcüstanlı gənclərin də gəlib Azərbaycanda ali pedaqoji təhsil almaq imkanı yoxdur. Onlar bizim universitetlərə xarici vətəndaş kimi qəbul edilirlər və onların təhsil haqqı 2-3 qat baha olur. Orada yaşayan gənclərin bu şərtlərlə burda təhsil almaq imkanı yoxdur. Bu səbəblərdən orda azərbaycandilli məktəblər sürətlə bağlanır. Məktəblər bağlananda gürcü məmurlar "sizin kəndə gürcü dilində məktəb aça bilərik" deyirlər”-deyən ekspert vurğulayıb. Bu gələcəkdə oradakı azərbaycanlıların gürcüləşməsinə səbəb ola bilər.
Ekspert bildirib ki, bu məsələ ilə bağlı 2017-ci ildə Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məktub yazılıb.
“Mən Gürcüstandakı azərbaycandilli məktəblərin tədricən bağlanmasını eşidəndə, bu məsələni araşdırdım və məsələni distant təhsil sistemi yaratmaqla, həllinin mümkünlüyünü təyin etdik. Bu məqsədlə müvafiq qurumlar qarşısında məsələ qaldırdım və məsələnin həll yolunu təklif etdim. Təklif etdim ki, biz Bakıda distant məktəb yaratmaqla Gürcüstandakı uşaqlara azərbaycan dilində təhsil verə bilərik. Elm və Təhsil Nazirliyinə və Diaspor Komitəsinə məktub yazdım. Diaspor Komitəsi müəyyən narahatlıq keçirdi, ora öz nümayəndələrini yolladı, vəziyyəti yerində öyrəndi. Sonra mənimlə əlaqə saxladılar, məsələni müzakirə etdik, layihənin detallarını onlara izah etdim, amma bu layihəyə pul tapılmadı. Elm və Təhsil Nazirliyi bu məsələ ilə əlaqəli, heç nə etmədi”-deyə İlham Əhmədov qeyd edib.
Qeyd edək ki, müsahibədə qeyd olunan fikirlər ilə bağlı adı çəkilən qurumlara sorğu ünvanladıq və cavablandırıldığı təqdirdə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aftv.az
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Bölgə / Təhsil
18, may, 2024
12:07
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30