Qaraşovun qardaşı oğlu hakim qarşısına çıxarılır - Cəzadan yayına bilicəkmi?

Bölgə
12, yan, 2024 01:28

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaraşova qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir.


İşi Cəlil Nəbiyevin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib.

19 yaşlı Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.

www.AFTV.az


ANONS
AFTV.az xüsusi araşdırma aparıb. 
 Azay Qaraşovun törətdiyi əməldən sonra hansı şəraitdə haralarda saxlanılması ilə bağlı ilginc məlumatlar əldə edib. Beləki, məsələ ilə bağlı şok edici məlumatlara sahib olduq. Bununla bağlı növbəti yazılarımızda məlumatları dərc edəcəyik.

-  "Azay Qaraşovun nə qədər iş alması gözlənilir?"
-  "Azay Qaraşovun məsuliyyətdən yayınmaq məqsədi varmı?"
-  "Azay Qaraşovun məsuliyyətdən yayınması üçün hansı yollara əl atılıb?"

Son xəbərlər