Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 13 a saylı meşə dolayının gözətçisi Habil Balaxan oğlu Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Cəlibabad sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata görə, gözətçinin döyülməsinə səbəb onun meşədə işlik material üçün ağac kəsən iki nəfərə etiraz edib mane olmaq istəməsi olub. Nəticədə Habil Babayev kəllə-beyin travması alır. Onun baş nahiyəsinə bir-neçə tikiş qoyulub.
Meşə gözətçisini döyən Cəlilabad rayon Oğrubulaq kənd sakinləri artıq polis tərəfindən saxlanılıb. Hadisəylə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, gözətçini döyən Oğrubulaq kənd sakinləri ağacları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Rahib Ağayevin tapşırığı əsasında kəsiblər. Və onlar meşə gözətçisinə də bu barədə məlumat versələr də, Habil Babayev nəzarət etdiyi dolayda buna imkan verməyəcəyini deyib.
Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə Rahib Ağayev bütün imkanlarını işə salaraq hadisəni ört-basdır eləmək istəyir. Dünən xəstəxanada bütün gecəni Habil Babayevin yanında keçirərək onun şikayətçi olmamasına çalışıb. Amma meşə gözətçisi geri çəkilməyəcəyini bildirib.
Qeyd edək ki, Rahib Ağayev qalmaqallı məmur kimi tanınır. Onun adı mediada dəfələrlə meşələri məhv edən vəzifəli şəxs kimi hallanıb. İxtisas təhsilinə malik olmayan Rahib Ağayev 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları arasında keçirilən atestasiya imtahanında da səhhətini bəhanə edərək iştirak etməyib.
Hadisəni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Aftv.az
Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR?
Bölgə
17, apr, 2024
10:40
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30