Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.
“Qafqazinfo”nun məlumatına görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə olunmasına etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.
Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.
11 il fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.
Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:
- Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kvadratmetr torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kvadratmetr olan qeyri-yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.
S.Müslümova bir ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib.
Aftv.az
Səlim Müslümovun mülkləri müsadirə edilir
Araşdırma
12, fev, 2024
14:17
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30