Həftəsonu ƏMƏLİYYAT tədbirləri: 43 kiloqramdan çox narkotik aşkarlandı

Araşdırma
11, mar, 2024 13:45

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ölkə ərazisində 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.
Aftv.az

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00