Akif Qurbanov və daha iki şəxslə bağlı məhkəmə qərar VERDİ

Araşdırma
8, mar, 2024 19:51

Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.
Aftv.az xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Akif Qurbanov 4 ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar.
Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər.

Son xəbərlər