Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Nəqliyyat Agentliyinin sabiq əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Aftv.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində BNA-nın keçmiş şöbə müdirinin müavini Vüqar Hüseynov və məsləhətçi Hikmət Vəlizadənin cinayət işi ilə bağlı şahidlər ifadə verib. Parklanma sahələrinin salınması üçün müvafiq prosedurların həyata keçirilməsi üçün müxtəlif şəxslərdən 16500 manat rüşvət almaqda təqsirli bilinən keçmiş məmurların prosesində "NewMed" klinikasının rəhbəri olan Qardaşxan Süleymanov ifadə verib. Qardaşxan Süleymanov bildirib ki, BNA-nın adlarını unutduğu əməkdaşları gəlib onlarla dırnaqarası anlaşıb:
"Klinikanın qabağında səkinin enləndirilməsi üçün, daha dəqiq parklanma yeri üçün rəsmi müraciət etdik, ancaq imtina gəldi. Belə ki, klinikaya pasiyent gəlir girir dərhal BNA-nın əməkdaşları telefonla çəkir ki, cərimə olunacaqsız. Yaxşı dostlar vasitəsilə məsələni həll etdik, 5 min manat verib qeyri rəsmi yolla icazə aldıq, ancaq kimə verdiyimi xatırlamıram. Pulu kimlər kimlə bölürlər mənə nə aidiyyatı var".
Prosesin bu yerində hakim Rasim Sadıxov şahidin ibtidai istintaqda verdiyi ifadəsini elan etdi. Məlum oldu ki, klinika rəhbəri 5000 manatı Hikmət Vəlizadəyə verib. Ona izah ediblər ki, rəsmi qayda da BNA-ya müraciət et, o da edib. Bundan sonra agentlik əməkdaşları klinikanın qabağını qazıb parklanma yeri düzəldiblər.
Sonra dövlət ittihamçısı şahidin ifadəsi əsasında Süleymanovun pulu məhz Hikmət Vəlizadə vasitəsilə Vüqar Hüseynova çatması üçün verdiyini proses iştirakçılarının nəzərinə çatdırdı. Təqsirləndirilən Hikmət Vəlizadə isə şahidi 1-ci dəfə gördüyünü qeyd etdi.
Sabiq BNA əməkdaşlarının cinayət işində digər şahid- Vüqar Hüseynovun sürücüsü ifadə verib: "2020-ci ildən BNA-da iş fəaliyyətinə başlamışam, sonra sürücü işləmişəm. İşlədiyim dövrdə pula ehtiyacım olduğu üçün bank kartı vasitəsilə kredit üçün banka müraciət etdim, 3-4 saat sonra krediti gətirib verdilər. Sonra həmin kart müdirim Vüqar müəllimə lazım oldu, soruşdu ki, kartda pul var, dedim yox. O gün kartı məndən aldı sonra bildim ki, mənim kartıma haradansa pul köçürülüb. Ancaq o kartı Vüqar müəllimə verdiyim unutmuşdum".
Məhkəmə prosesi 12 mart tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən ilin iyul ayında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Yaxşı dostlar vasitəsilə 5000 manat verib məsələni həll etdim" - BNA əməkdaşlarının cinayət işində klinika müdiri ifadə verdi
Araşdırma
6, mar, 2024
14:10
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30