“KamAZ” oğurlayan və narkotik gəzdirən şəxslər saxlanılıblar

Araşdırma
5, mar, 2024 15:00

Xudatda “KamAZ” oğurlayan və heroin gəzdirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar. Həmin şəxs rayon ərazisində “KamAZ” markalı yük avtomobilini oğurlayıb. Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə (heroin) aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Aftv.az

Son xəbərlər