Xankəndidə narkotik və silah-sursat aşkarlanıb

Araşdırma
4, mar, 2024 12:18

Xankəndidə narkotik və silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd pulemyot, 11 tüfəng, yeddi ədəd qumbara, üç alışdırıcı, 25 patron darağı, 1 718 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
Aftv.az  

Son xəbərlər