Bu gün redaksiyamıza müraciət edən Cəbiyeva (Mikayılova) Bahar Rafiq qızı bildirir ki, Masallı rayon Məhkəməsi keçmiş həyat yoldaşının topladığı saxta sənədlər əsasında onun himayəsinə verilmiş övladlarının əlindən alınmasına dair Qətnamə çıxarılmasına nail olmuşdur. B.Cəbiyeva bildir ki, Qətnaməyə diqqətlə nəzər saldıqda və qeyd edilən şəxslərlə əlaqə saxlaması nəticəsində bir çox məqamlara aydınlıq gətirib. Məhs Məktəb direktorunun adından qətnaməyə əlavə edilmiş sənədlərin olmasını Fərid Hüseynov inkar edib.
O, Bahar xanıma bildirib ki, “mən heç bir orqana və ya şəxsə arayış və ya ərizə təqdim etməmişəm”. Buradanda anlaşıldığı kimi məhkəmə qərarındakı hissə qeyd edilən arayış varlığı ifadəsi ilə direktorun ifadəsi ziddiyyət təşkil edir. Əgər Direktor Fərid Hüseynov belə bir sənəd təqdim etmədiyi halda sənədlər kimdən necə alınıb. Və ya bu qeyd edilən 35 və 38 saylı arayışları İcra və məhkəmə orqanına kim tərəfindən təqdim edib? Bir çox qaranlıq məqamların olduğu Qətnamə bu gün qalmaqal yaranmasına səbəb olub. Bahar Cəbiyevanın ölkədə olduğu tarixdə iki arayış verilir. Təqdim edilmiş arayışların tarixi Bahar xanımın Türkiyə Respublikasına getmə tarixindən hətta 2 ay əvvələ təsadüf edir ki, buda məhkəmə orqanının işi bir tərəfli aparmasından xəbər verir. Tərəflərin məhkəmə prossesində iştirak etməsi mütləq olsada məhkəmə qarşı tərəfin iştirak etməsi barədə məlumatı cavabdehə catdırmayıb. İddiaçı Rafət və Bahar xanımın atası ilə münasibətlərinin gərdin olduğunu rayon daxilində bilməyən yoxdur. Məhs bu səbəbdən Bahar xanıma məxsus mobil nömrəni bilən Atası və keçmiş həyat yoldaşı R.Cəbiyev iddiaya əlavə etməyib. Lakin yeni bir sual yaranır. Möhtərəm hakim Ceyhun Quliyev sizin tələbiniz üzrə Bahar Cəbiyevaya məxsus telefon nömrəsinin təyin edilməsi mümkün hal olduğu qanunla hamıya bəlidir. Məhs bu qanundan ədalət naminə istifadə etməməyinizi nə ilə əsaslandırmısınız...? Ədaləti bərqərar edən kürsünüzdə Cavabdeh kimi tanınan şəxsin məhkəmədə iştirak etməsini təmin etmədən qərar qəbul etməyiniz nə dərəcədə ədalətlidir?
Masallı rayon Lürən kənd Fikrət Şükürov adına tam orta məktəbin direktoru Fərid Hüseynovun adından 15.03.2023-cü il tarixində 38 saylı arayış Masallı RHİ-nə və 01.02.2023-cü il tarixində Masallı rayon Məhkəməsinə təqdim edildiyi deyilən 35 saylı arayışda II-ci sinif şagirdi Cəbiyeva Səkinə Rafət qızının təhsildən yayınması ilə bağlı rəsmi sənədlərin varlığından Qətnamədə qeydlər var.
Bu qeydləri təkzib edən Yuxarıda adı çəkilən məktəbin direktoru Fərid Hüseynov məsələni belə izah edib. Cəbiyev Rafət Hüseynxan oğlu məktəbə gedərək direktordan ona arayış təqdim etməsin istəyib. Direktordan uşaqlarının bu məktəbdə oxumadıqları barədə rəsmi sənəd istəyib. Lakin Fərid Hüseynov Rafət Cəbiyevə bildirib ki, Sizin övladlarınızın adı bu məktəbdə gedir. Mən sizə elə bir arayış təqdim edə bilmərəm. Daha sonra R.Cəbiyev Polis orqanına gedərək məktəbdən arayış ala bilmirəm deyə məlumat verib. Polisin məktəbə zəng etməsi zamanı eyni sözləridə direktor F.Hüseynov şifahi Polisə təkrar edib. Lakin bu gün çıxarılmış qətnaməyə nəzər saldıqda tamamilə başqa anlayışlar çıxır ortaya. Ya direktor yalan danış yada hakim onda olmayan sənədlər əsasında Qətnamə çıxarılıb.
Daha sonra B.Cəbiyeva atası Mikayılov Rafiq Əyyar oğlu ilə Türkiyə Respublikasından telefon danışığı edir. Bu zaman atasına mənim harada olduğumu bildiyin halda niyə məndən məlumatsız olduğun barədə ifadə verdiyin sual edir. Ata isə öz minvalında Bahar xanıma bildirir ki, “əcəb etmişəm hələ bu harasıdır. Çalış bu tərəflərə gəlmə əgər əlimə keçsən səni tikə-tikə doğrayacam”. Bu gedən söhbətlərdəndə məlum olur ki, Ata öz qızı ilə bağlı məhkəmə ifadəsində yalan məlumat vermişdir. Dİgər tərəfdən isə İddiaçı Rafət Cəbiyev məhkəmə ərizəsi verdiyi müddətdə Bahar xanımın bakıda hansı ünvanda yaşaması ilə bağlı tam məlumatlı olub. Lakin Məhkəmə ifadəsində onların dəfələrlə Bakı şəhərində axtardığını və tapa biolmədiyi ilə bağlı ifadə verib. Bu ifadənin yalan olması isə yenədə Bahar xanımın Rafət Cəbiyevlə “Whatsapp” yazışmalarında əks edilir. Həmin yazışmalara əsasən şəxsin yəni Rafət Cəbiyevin verdiyi iddia ərizəsinin qərəzli olması məlum olur.
Həmçinin verilən məlumata görə Bahar Cəbiyeva guya axtarıdadır. Lakin portaldan çıxarılan görüntüyə görə Bahar Cəbiyeva heç bir orqan tərəfindən axtarışa verilməyib.
Məsələ ilə bağlı araşdırmamız və qətnamədə qeyd edilən hissələrin yalan ifadələr üzərində qurulması ilə bağlı Bahar Cəbiyevanın vəkili ilədə əlaqə saxlayaraq məlumatların tam versiyada sizlərə təqdim etməyə çalışacağıq.
Yazıda adları keçən şəxslərində mövqeyin dinləməyə hazırıq.![]()
Aftv.az
Masallı rayon Məhkəməsi necə, kimlər tərəfindən aldadılıb? - FOTOLAR
Araşdırma / Bölgə
2, mar, 2024
21:39
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30