“TikTok”da qadınların şəkillərini paylaşıb pul tələb edirmiş

Araşdırma
24, fev, 2024 13:02

Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açan və onu bağlamaq üçün pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verir ki, bir neçə xanım “TikTok”da naməlum şəxsin onların adına saxta profil açdığını bildirib. Həmin şəxsin qadınların fotolarını paylaşması, onları təhqir etməsi, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etməsi qeyd edilib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.
Aftv.az

Son xəbərlər