Ağdamda dörd il əvvəl öldürülən qızla bağlı axtarış aparılır - FOTO

Araşdırma
22, fev, 2024 15:02

Ağdamda dörd il əvvəl öldürülən qızın meyitinin axtarışlarına başlanılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Şikar Süleyman oğlu Nəcəfov qızının qətlində şübhəli bilinir. Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.
Faktla bağlı araşdırma aparılır.
Aftv.az

Son xəbərlər