Əziz Orucovun həbs müddəti uzadıldı

Araşdırma
21, fev, 2024 17:05

“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb.
“Report” xəbər verir ki, qərar Səbail Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.
Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Aftv.az

Son xəbərlər