Sərhəddəki təxribatçılar cəzalandırılmasaydı nə vaş verə bilərdi?

Araşdırma
15, fev, 2024 19:08

Sərhəddəki son insidentdə təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğru idi. Düşmənə heç zaman boşluq buraxılmamalıdır. Snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperləri də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.

Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan ordusunun erməni postunu darmadağın etməsi Ermənistanın baş naziri Nikol Paşinyana mesaj idi ki, o sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərait yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək:

“Azərbaycan ordusunun məhv etdikləri “Yerkrapa” terrorçu təşkilatının üzvləri idi. Bu Paşinyana digər mesajıydı ki, “Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərksilah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq. Əslində Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər. Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb”.
Aftv.az

Son xəbərlər

"Vaxt olmayıb" - Xalq artisti
7, noy, 2024 13:39