Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir.
Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz.. Qurum daxilindən cumhuriyyet.az-a daxil olan məlumata görə, burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn 2020-ci ilin mayında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Yusubov Elçin Mustafa oğlu xidmət daxilində böyük bir şəbəkə yaradıb və yeri gəldikdə cənab Eynullayevə də güc göstərə bilir. Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb, 44 yaşı var. Tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə , rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxs isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq.
Xidmətdə öz hökmranlığını yaradan digər bir şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir. Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdən salma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır. Həbiyevin sağ əli isə Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovdur. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir, o, nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.
Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir.
Aftv.az
Əmlak mafiyası prezidentə qarşı: Elçin Yusubov və İlqar Həbiyevin gizli əməlləri
Araşdırma
14, fev, 2024
12:24
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30