Yanvar ayının 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aftv.az
İçərisində mal-qara olan tövləni yandırdılar
Araşdırma
13, fev, 2024
12:39
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30